Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maskın Putinlə söhbəti barədə yalanının üstü açılıb

“Tesla”, “SpaceX” və “X” sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask Pentaqonun keçmiş rəhbərinin müavini Kolin Kala və daha bir neçə nəfərə 2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinlə danışdığını deyib...

Bu barədə “The New Yorker” öz mənbələrinə istinadla xəbər verib.

Maskın özü bu söhbəti təkzib edib və Putinlə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl söhbət etdiyini bildirib.

Lakin Kal amerikalı milyarderin ötənilki görüşü etiraf etdiyi iddiasındadır. Onun sözlərinə görə, Maskın Putinlə şəxsən danışdığını deməsi Pentaqon rəsmilərini məyus edib.

“O dedi: “Mənim Putinlə əla söhbətim oldu”. Biz də düşündük ki, bu heç də yaxşı deyil”, - Pentaqonun keçmiş rəsmisi bildirib.

Qeyd olunur ki, Putinlə söhbət əsnasında Ukrayna qoşunlarının əks-hücuma keçdiyi ərazilərdə “Starlink” peyk terminallarının bağlanması probleminə toxunulub.
“Mənim qənaətimə görə, Mask Ukrayna ordusunun “Starlink”dən istifadəsinə Rusiyanın yardım kimi baxmasından narahat idi”, - Kal əlavə edib.

Daha bir neçə mənbə nəşrə Maskın Putinlə söhbətini etiraf etdiyini bildirib.

Onlardan bəziləri 2022-ci ilin payızında biznesmenin dəfələrlə Ukraynanın Rusiya ilə danışıqlar aparmasının zəruriliyindən danışdığını xatırladıb.

Poliqon.info


Etiket: Mask Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Ən çox oxunanalar