Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallı sakinləri etiraz edir


Masallı sakinləri etiraz edir “Gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik”.


Bu sözlər PİA.AZ-ın elektron poçtuna Masallı rayon Xıl kənd sakinlərinin göndərdikləri şikayət məktubda yazılıb. Kənd sakinləri Masallı Rayon İcra başçısının Xıl kənd ərazi nümayəndiliyinə yeni təyin ediləcək Tofiq Səfərovu istəmədiklərini bildiriblər. 

Şikayət məktubunda yazılır: 
“Biz, Xıl kənd sakinləri, Səfərov Tofiq Gülağa oğlunun Xıl kənd ərazi nömayəndəsi olmasını istəmirik. Belə bir fırıldaqçı, gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik. Tofiq Səfərov vaxtı ilə bizim ərazi nümayəndəsi işləyib. İşində buraxdığı nöqsanlara görə sabiq icra başçısı Qəzənfər Ağayev tərəfindən işdən qovulma əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.

T.Səfərov hazır ki, icra başçısı Rafil Hüseynovla “dil taparaq” yenidən Xıl kənd ərazi nümayəndəsi olmaq istəyir.”

Kənd sakinlərinin həmçinin PİA.AZ-a göndərdikləri digər məlumatda qeyd olunur ki,  T.Səfərov oğlu Elnur Səfərovu Masallı RPŞ-də işə düzəltmək üçün DİN-nə yalandan məlumat verdiyi bildirilir. 

Belə ki, Elnur Səfərov DİN-ə verdiyi məlumatda qardaşı Seymur Səfərovu Ukraynanın Donetsk vilayətində Tibb Universitetinin tələbəsi olduğunu bildirib. 

Əslində isə Seymur Səfərov Azərbaycanda hərbi xidmətdən fərari kimi qaçmış, Ukraynanın Donetsk vilayətində məskunlaşmışdır. 
Donetsk Tibb Universitetinin rektorundan aldığımız möhürlü sənəddə isə bildirilir ki, Seymur Səfərov heç vaxt bu Universitetin tələbəsi olmayıb. 

Yazıda adları çəkilən digər şəxslərində mövqeyin dərc etməyə hazırıq..


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar