Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mart ayında Rusiyanın ABŞ dövlət istiqrazlarına investisiyaları artıb

ABŞ Xəzinədarlığı: Mart ayında Rusiyanın ölkənin dövlət istiqrazlarına investisiyaları 77 milyon dollara çatıb...

Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya mart ayında ABŞ dövlət istiqrazları portfelini fevraldakı 75 milyon dollardan 77 milyon dollara qədər artırıb.

Mərkəzi Bank Rusiya avrobondlarında isə qeyri-rezidentlərin payının azaldığını qeyd edib.

Maliyyə Nazirliyinin mart ayı üçün açıqladığı statistikaya görə, Rusiya portfeli 68 milyon dollar uzunmüddətli, 9 milyon dollar isə qısamüddətli qiymətli kağızlardan ibarətdir.

Rusiya indi ABŞ-ın ən böyük borc sahibləri sırasında deyil. Rusiya Mərkəzi Bankının bir vaxtlar 96 milyard dollar olan investisiyaları 2018-ci ildə kəskin şəkildə azalmağa başlayıb.

ABŞ-ın ən böyük borc sahibləri siyahısında birinci yerdə Yaponiya tutur. Tokionun investisiyaları bir ay ərzində 5,86 milyard artaraq 1,087 trilyon dollara çatıb. Çin ikinci yerdə 869,3 milyard dollarla (20,5 milyard dollar artım) qalır. Sonrakı yerdə öz balansındakı istiqrazların həcmini 70,9 milyard dollar artıran Böyük Britaniya (713,9 milyard dollar) gəlir.

Polioqn.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar