Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mansur Piriyev: “Pandemiya şəraitində fəaliyyət göstərən müəssisə rəhbərlərinin üzərinə ikiqat məsuliyyət düşür”

“Vəzifə səlahiyyətləri ilə yanaşı pandemiya şəraitində fəaliyyət göstərən kafe, restoran, çay evləri və digər ictimai iaşə müəssisələrinin sahibləri həm də cəmiyyət qarşısında sosial məsuliyyət daşıyırlar. Onlar nəzərə almalıdır ki, fəaliyyətlərinin davam etməsi və xəstəliyin yaylmasının qarşısını almaq üçün mütləq qoyulan qaydalara əməl olunmalıdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib.

Şöbə müdiri onu da qeyd edib ki, hazırda ictimai iaşə müəssisələrinin yerində fəaliyyətə başlaması ilə əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyinin müfəttişlərindən ibarət nəzarət qruplarının sayı artırılıb və ölkə ərazisi üzrə bu sahədə yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilib:

“Bildiyiniz kimi, ictimai-iaşə müəssisələrinin qarşısında qanunvericiliyə uyğun olaraq qoyulan tələblərdən biri də pandemiya qaydaları ilə bağlı operativ idarəetmənin təşkil olunması üçün məsul şəxslərin təyin olunmasıdır. Son günlər aparılan reydlər zamanı təəssüf ki, bəzi sahibkarlıq subyektləri tərəfindən hələ də bu tələblərə əməl olunmadığı faktları aşkar olunur. Təbii ki, aşkar olunmuş bu və digər qayda pozuntuları ilə bağlı müfəttişlərimiz tərəfindən inzibati qaydada tədbirlər görülür.

Qeyd edim ki, kafe və restoranlara üz tutan vətəndaşlarımız bilməlidir ki, pandemiya dövrünün tələbləri ilə bağlı həmin obyektlərdə məsul şəxslər fəaliyyət göstərir və hər hansı qayda pozuntusu müşahidə edəndə onun dərhal aradan qaldırılması üçün yaxınlaşıb məsul şəxslərə müraciət edə bilərlər. Eyni zamanda vətəndaşlardan xahişimiz odur ki, ictimai iaşə müəssisələrində həm pandemiya dövrünün həm də qida təhlükəsizliyi tələbləri ilə bağlı rastlaşdıqları bütün neqativ hallarla bağlı Agentliyin 1003 Çağrı mərkəzinə məlumat versinlər”.

pia.az 


Etiket: Mansur Piriyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar