Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maldiv adaları 60 ildən sonra ölüm hökmünü yenidən tətbiq edəcək


Maldiv adaları beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, 60 ildən sonra ölüm hökmünü yenidən tətbiq edəcək


"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin baş müşaviri Abdulla Yamin məlumat verib.

Onun sözlərinə görə, ölüm hökmündən qətllərin və narkoticarətin sayının artması ilə mübarizədə cəzalandırıcı tədbir olaraq istifadə ediləcək.

"Maldivlilərin əksəriyyəti ölüm cəzasının tətbiq edilməsini dəstəkləyir. Bu, hər bir hökumət üçün çətin qərardır. Amma hökumətin günahsız insanların həyatını qorumaq kimi vəzifəsi var", - A.Yamin bildirib.

O, edamların ictimai xarakter daşımayacağını, hökumətin ölüm hökmünü yerinə yetirmək üçün Mafuşi adasında ölkənin əsas həbsxanasının yaxınlığında xüsusi məkan tikmək niyyətində olduğunu əlavə edib.

Qeyd edək ki, bundan əvvəl BMT Maldiv adaları hökumətini bu cəzanı tətbiq etməkdən çəkinməyə çağırıb. Təşkilat bəzi müttəhimlərin ədalətsiz məhkəmə qərarlarına məruz qalacağından ehtiyat edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar