Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maksim Medvedev hamıdan öndə

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu Maksim Medvedevdir.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, o, “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb.

Medvedevin sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.

Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdam klubunun 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.

İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.

Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçular

1. Maksim Medvedev ("Qarabağ") - 285

2. Aslan Kərimov ("Qarabağ") - 268

3. Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 254

4. Sakit Alıyev ("Turan") - 248

5. Müşfiq Hüseynov ("Qarabağ") - 244

6. Nizami Sadıqov ("Turan") - 237

7. Səttar Əliyev ("Qarabağ") - 230

8. Yaşar Hüseynov ("Qarabağ") - 226

9. Ansi Aqolli ("Qarabağ") - 223

10. Müşfiq Vəliyev ("Viləş") - 221

pia.az 


Etiket: Maksim Medvedev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar