Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan qərar verdi: Terrora dəstək aksiyalarına icazə verilməyəcək

Macarıstan terror təşkilatlarına dəstək aksiyalarına icazə verməyəcək...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban İsrail-Fələstin münaqişəsi fonunda deyib.

Orban HƏMAS-ın İsrailə hücumu ilə bağlı etirazlara toxunaraq bildirib ki, Avropanın hər yerində terrorçulara dəstək aksiyalarının keçirilməsi şok edicidir.

İsrail lideri Benyamin Netanyahunun müttəfiqi olan Orban İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu, lakin münaqişənin bütün regionda sabitliyi pozaraq digər ölkələrə yayılmamasının vacib olduğunu deyib.

Bir gün əvvəl HƏMAS-ın keçmiş lideri Xalid Məşəl cümə günü müsəlman dünyasında fələstinlilərə dəstək və qonşu ölkələrin xalqlarını İsrailə qarşı mübarizəyə qoşulmağa çağırıb.

Budapeştdə Macarıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında günorta saatlarında Fələstinə dəstək aksiyasının keçirilməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

"Hətta Macarıstanda da buna cəhdlər olub... Amma biz terror təşkilatlarına dəstək aksiyalarının keçirilməsinə icazə verməyəcəyik, çünki bu, Macarıstan vətəndaşları üçün terror təhlükəsi yaradar. İnancından və mənşəyindən asılı olmayaraq heç bir Macarıstan vətəndaşının özünü təhlükədə hiss etməsinə icazə verə bilmərik", deyə Orban bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Ən çox oxunanalar