Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londondan Bakıya qaytarılan məmur


Bir neçə gün öncə mətbuatda məlumat yayılmışdı ki, azərbaycanlı məmurlardan biri bu yaxınlarda Avropa ölkələrində müalicə almaq üçün yollansa da, onun müalicəsi mümkün olmayıb


Həmçinin bildirilirdi ki, sözügedən məmur əvvəlcə Almaniyadakı klinikalarda müalicə alıb.

Daha sonra isə onu Lodondakı məşhur klinikalardan birinə yerləşdiriblər. Lakin həkimlər ağır xəstəlikdən əziyyət çəkən həmin şəxsin klinikada qalmasına zərurət görməyiblər. Tövsiyə ediblər ki, onu Bakıya geri qaytarsınlar. Hazırda onun durumunun kifayət qədər ağır olduğu deyilir.

Qaynar.info-ya daxil olan məlumata görə, adıçəkilən məmur Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir.

Məlumatı dəqiqləşdirmək üçün Əhmədzadənin köməkçisi Ramiz müəllimlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Sözügedən qurumun Ümumi şöbəsindən isə Qaynar.info-ya bildirdilər ki, Əhməd Əhmədzadə ilə bağlı yayılan bu məlumat həqiqəti əks etdirmir. Onun səhhətində heç bir problemin olmadığını deyən şöbə müdiri Əhmədzadənin qarşıdan gələn həftənin bazar ertəsi günü işə çıxacağını bildirdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Ən çox oxunanalar