Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Bakıda beynəlxalq forumda iştirak edir

Bu gün Bakıda “Yaşıl gələcək üçün innovasiyalar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb

ADA-da keçirilən foruma Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva da qatılıb.

Qonaqları salamlayan ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, universitet lazım olan enerjinin 50 faizini geotermal üsulla alır. Ağıllı texnologiyalardan istifadə etmək imkanlarını daim genişləndirməyə çalışır.

Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, 2050-ci ildə dünya əhalisinin sayı 9.2 milyard nəfərə çatacaq. Ona görə də ərzaq təminatını 60 faiz artırmaq lazımdır.

Nazirin sözlərinə görə, iqlim dəyişikliyi, gübrələrin və pestisidlərin torpağa vurduğu zərər aradan qaldırılmalıdır. Bu ilin doqquz ayında kənd təsərrüfatı məhsulları 4,3 faiz artıb:

“Münbit torpağımız və şirin su ehtiyatlarımız məhduddur və biz bundan səmərəli istifadə edərək gələcək təminatımızı qurmalıyıq.

Aqrar sektorda innovasiyaların tətbiq edilməsi keyfiyyətli ərzaq məhsullarının istehsal edilməsi, ekosistemin qorunması maliyyə xərclərini azaldır, daha çox məhsul götürülməsinə zəmin yaradır. Mobil təhlillər göstərir ki, bu sahənin gəlirliliyi 50 milyard manatdan yüksəkdir”.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemir isə yaxın gələcəkdə dünyada şirin su və ərzaq savaşı başlanacağını anons edib:

“Çünki sənayeləşmə güclü şəkildə irəliləyir, kənddən şəhərə axın güclənir. Gələcək 10 ildə ağıllı texnologiyaların sürətli inkişafının şahidi olacağıq. Ancaq kənd təsərrüfatı sektoru prioritet olaraq qalacaq. Nə qədər “big data” önəmli olacaqsa, yenə də ilk beşlikdə qida və kənd təsərrüfatı şirkəti yer tutacaq. Amma hamı təsdiqləyir ki, dünyanı doyduran dünyanın lideri olacaq”.

Türkiyəli nazir bildirib ki, Azərbaycan prezidenti ilə görüşündə də planlamanı qurmaqla bağlı məsələlərə toxunublar. Nazir vurğulayıb ki, bütün məhsulları enerjinin alınmasında istifadə etmək lazımdır.

Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji imkanları böyükdür və hazırda Böyük Şor gölündə üzən günəş paneli tikilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Ən çox oxunanalar