Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laura Loxman: “ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir”

Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir...

ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış edən ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman deyib.

Bildirib ki, Prezident Cozef Bayden Xəzər dənizindən Avropaya qaz ixracı məsələsini dəstəkləyir. ABŞ Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

“Cənub Qaz Dəhlizi Avropa üçün çox əhəmiyyətli layihədir və Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Lakin Cənub Qaz Dəhlizi Avropanın yalnız enerji deyil, siyasi təhlükəsizliyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihə bir çox ölkənin əməkdaşlığına imkanlar yaradır ki, bu imkandan istifadə iqtisadi artımı təmin edir. ABŞ Xəzər dənizində hasil olunan təbii qazın Avropaya nəql olunmasını bundan sonra da dəstəkləyəcək və Azərbaycana yardım edəcək”, - deyə Laura Loxman vurğulayıb.

Xanım Laura Loxman onu da qeyd edib ki, dünyada ekoloji problemləri nəzərə alan ABŞ Azərbaycanda yaşıl enerji istehsalına və ixracına sərmayə yatıra bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Ən çox oxunanalar