Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külək və yağış Gəncədə infrastruktura ziyan vurub

Külək və yağış Gəncədə infrastruktura ziyan vurub.

Bu barədə APA-ya Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov deyib.

İlqar Əsədov bildirib ki, dünən qərb bölgəsində baş verən güclü külək və yağış Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan vurub: “Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyünü tam və ya qismən dağılıb. Bundan başqa, şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağaclar küləyin nəticəsində aşıb. Bu zaman səkilərə və bardürlərə, yol təsərrüfatına da ziyan dəyib. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşların beş avtomobili zədələnib".

Onun sözlərinə görə, küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib: “Dünən güclü küləkdə səkkiz işıq dirəyi sıradan çıxıb. Gecə təcili olaraq Gəncə icra hakimiyyəti yanında fövqəladə hallar komissiyasında qərargah yaradılıb və gecə ərzində küləyin fəsadları aradan qaldırılıb”.

Gəncənin mərkəzində olan süni küknar ağacının aşmasına münasibət bildirən MKTİB rəsmisi qeyd edib ki, küknar ağacı bərkidilsə də, küləyin güclü olması dəmir konstruksiyanı yıxıb.

Poliqon.info 


Etiket: Külək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar