Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosun çirklənməsinin təbii mənbəyi məlum oldu

Astronomlar qalaktikaların mövcud olduqları mühiti çirkləndirdiyini müəyyən ediblər. Bu barədə elmi məqalə "The Astronomical Journal Letters" jurnalında dərc olunub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) bildiriblər ki, Aleks Kameron və Din Fişerin rəhbərlik etdiyi astronomlar qrupu Havay adalarında yerləşən Kek Rəsədxanasında ARC (Australian Research Council) tərəfindən maliyyələşdirilən ASTRO 3D layihəsi çərçivəsində qalaktikaların təsvirlərin alınması üçün yeni sistem tətbiq ediblər. Layihənin məqsədi qalaktikalara axan maddənin, qalaktikanı tərk edən maddədən daha təmiz olması fərziyyəsini təsdiq etmək idi.

Nəhəng qaz buludları qalaktikalar tərəfindən cəzb edilir və ulduz əmələ gəlməsi prosesində istifadə olunur. Bu zaman qalaktikaya istiqamətlənmiş qaz buludu hidrogen və heliumdan ibarət olur. Alimlər "Keck Cosmic Web Imager" adlı yeni cihazdan istifadə edərək təsdiq etdilər ki, bu qazdan yaranmış ulduzlar əsasən ifratyeni partlayışı ilə böyük miqdarda materialı geri atırlar, lakin qalaktikadan atılan material artıq saf olmur, onun tərkibi bir çox digər elementlərdən - oksigen, karbon və dəmirdən ibarət olur.

Qazların qalaktikalar tərəfindən cəzb olunması prosesi akresiya, onların qalaktikadan atılması prosesinə isə "maddə axını" deyilir. Hər iki proses də qalaktikaların böyüməsini, kütləsini və ölçüsünü tənzimləyən vacib mexanizmlərdir. Ancaq indiyə qədər cəzb olunan və atılan maddələrin tərkibi haqqında sadəcə müəyyən fərziyyələr var idi. Ancaq tədqiqatçılar Mrk 1486 qalaktikasının müşahidəsi sayəsində cəzb olunan və atılan qazların tərkibi haqqında daha dəqiq məlumatlar əldə edə biliblər.

Qeyd edək ki, Mrk 1486 qalaktikası Günəşdən təxminən 500 milyon işıq ili məsafədədir və çox sürətli ulduz əmələ gəlməsi dövrünü yaşayır. Bu qalaktika ondakı qazın miqdarını və tərkibini tədqiq etmək üçün əlverişli baxış bucağı altında yerləşir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar