Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa qarşı effektiv maddə aşkarlandı

Kanada və Argentinadan olan tədqiqatçılar melatoninin bəzi hallarda SARS-CoV-2 koronavirusuna yoluxmağın, COVID-19-un ağır formasının inkişafının qarşısını aldığını, eləcə də peyvəndi dəstəkləyən preparat ola biləcəyini təsbit ediblər.

Tədqiqatın nəticələri "Diseases" jurnalında dərc olunub.

Melatonin hormonunun iltihab əleyhinə, immun tənzimləyici və antioksidant xüsusiyyətlərə malik olduğu, xroniki yuxu pozğunluqlarının qarşısını aldığı və diabet, metabolik sindrom və ürək-damar xəstəliklərinə kömək etdiyi məlumdur.

Kanadanın Toronto Universitetinin və Argentinanın Papa Katolik Universitetinin tədqiqatçıları melatoninin COVID-19-un ağırlıq dərəcəsini azalda biləcəyinə və bəlkə də, koronavirus infeksiyasına mane ola biləcəyinə dair dəlillər topladıqları icmal hazırlayıblar.

Müəlliflər melatoninin ACE2 fermentinin üst səthini tənzimləyən zülalalın - kalmodulinin meydana gəlməsini təsirli şəkildə bağladığını və əngəllədiyini qeyd edirlər. Bundan əlavə, melatonin ağır COVID-19 xəstəliyi ilə əlaqəli proinflamatuar sitokinlərin miqdarını azaldır, eləcə də makrofaqların polarizasiyasını əngəlləyən zülal - sirtuin-1 vasitəsi ilə antiinflamatuar təsir göstərir. (medicina.az)

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar