Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus demokratiyanın məğlubiyyətidir?..

Avtoritar kaitalizmlə müqayisədə inkişaf etmiş liberal kapitalizmin səhiyyə sisteminin bu şəkildə çöküşünün hansı humanitar, siyasi, sosial və iqtisadi səbələri var?

Politoloq: “Avtoritar rejimlərin koronavirus pandemiyasının öhdəsindən daha yaxşı gəlməsi, demokratik rejimlərin acız qalması barədə fikirlər artıq getdikcə puç olmağa başlayıb”

“Demokratik ölkələrdə cəmiyyətə doğru məlumatların verilməsi vacib prinsipdir. Avtoritar rejimlər isə daha çox insanları, cəmiyyəti və dünyanı aldatmaqla məşğuldurlar”.

Bu sözləri politoloq Nəzakət Məmmədova koronavirus pandemiyasının Qərb sivilizasiyasına ciddi təsirlər etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirus pandemiyasının Qərb sivilizasiyasına ciddi təsirləri ortaya çıxmaqdadır. Bir çox sahələrdə böhran yaradan pandemiya əsasən Qərb dövlətlərinin səhiyyə sisteminin iflasına səbəb olub. Demokratiyanın və humanist libelizmin beşiyi olan Avropada və ABŞ-da səhiyyə sisteminin başarısızlığı və çöküşü ortadaykən, digər düşərgənin - avtoriatar rejimlərin səhiyyə sistemləri koronavirusa qarşı mübarizədə çox uğulu görünməkdədir.

Bəs avtoritar kaitalizmlə müqayisədə inkişaf etmiş liberal kapitalizmin səhiyyə sisteminin bu şəkildə çöküşünün hansı humanitar, siyasi, sosial və iqtisadi səbələri var? Həmçinin belə iddilar səsləndirilir ki, səhiyyə sistemindəki böhran Avropa Birliyinin dağılması nəticələcək və yaxın gələcəkdə AB-ni parçalanma gözləyirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Avtoritar rejimlər öz qüsurlarını gizlətməklə daha çox özlərini bacarıqlı göstərirlər”.

Avtoritar rejimlərin dünyanı və cəmiyyəti aldatmaqla məşğul olduqlarını düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, qeyri-demokratik ölkələr xəstəliyə yoluxanların sayını az, sağalanların sayını isə çox göstərirlər. Guya onların səhiyyəsi güclüdür. Əslində isə inkişaf etmiş ölkələrin səhiyyəsi daha güclüdür:

“Avtoritar rejimlərin koronavirus pandemiyasının öhdəsindən daha yaxşı gəlməsi, demokratik rejimlərin acız qalması barədə fikirlər artıq getdikcə puç olmağa başlayıb. Belə bir fikirlər virusun yayıldığı ilk dövrlərdə formalaşmışdı. Xüsusən də Çin, Rusiya və digər ölkələr virusun öhdəsindən daha yaxşı gəlmiş kimi göründülər. Lakin sonradan bunu belə olmadığı məlum oldu.

Bunun da bir neçə səbəbləri var. Yəni avtoritar rejimlər dünyaya daha qapalıdırlar, nəinki, demokratik ölkələr. Demokratik ölkələr, xüsusilə də Avropa Birliyi ölkələrinin dünyaya açıq olması, komunikasiyanın geniş olması, dünya ilə gediş-gəlişlərin daha çox olması orada virusa yoluxma riskini artırdı. Həmçinin demokratik ölkələrdə cəmiyyətin, mətbuatın və bütün sahələr üzərində, o cümlədən səhiyyə üzərində nəzarəti var. Amma avtoritar rejimlərdə bu yoxdur. Buna görə də orada bir çox təhrif olunmuş məlumatlara üzləşdik.

Məhz Rusiya, Çin və başqa avtoritar ölkələr belə bir məlumat yaydılar ki, guya onlar virusun öhdəsindən vaxtında, layiqincə gəldilər. Amma Avropa belə bir məlumat yaymadı. Əksinə olaraq Avropa cəmiyyətə real şəkildə məlumat verdi. Çünki demokratik ölkələrdə cəmiyyətə doğru məlumatların verilməsi vacib prinsipdir. Avtoritar rejimlər isə daha çox insanları, cəmiyyəti və dünyanı aldatmaqla məşğuldurlar. Həmçinin avtoritar rejimlər öz qüsurlarını gizlətməklə daha çox özlərini bacarıqlı göstərirlər. Lakin əslində belə deyil.

Nəzakət Məmmədova: “Çin, Rusiya və digər ölkələr virusun öhdəsindən daha yaxşı gəlmiş kimi göründülər. Lakin sonradan bunu belə olmadığı məlum oldu”.

Aprel ayında Amnesti İnternational təşkilatının bu yaxınlarda yaydığı hesabatda bildirilir ki, pandemiyadan istifadə edərək Rusiyada, Çində və başqa avtoritar ölkələrdə söz azadlığı pozulub. Tacikistanda ümumiyyətlə koronavirus sözünün işlənməsi qadağan olunub. Bu o demək deyil ki, xəstəlik orada yox idi. Sadəcə olaraq avtoritar rejimlər dünyanı və cəmiyyəti aldatmaqla məşğuldurlar. Onlar xəstəliyə yoluxanların sayını az, sağalanların sayını isə çox göstərirlər. Guya onların səhiyyəsi güclüdür. Əslində isə inkişaf etmiş ölkələrin səhiyyəsi daha güclüdür. Burada sadəcə olaraq söz azadlığının pozulması faktı əsas rol oynayıb.

Amnest İnternational Rusiyada tibb bacılarının, medianın, yaxud da sosial şəbəkədə olan insanların real yazılarını nəzarətə götürüb. Həmin insanları hüquq mühafizə orqanlarına çağırıblar, hətta medianı məcbur ediblər ki, həmin məqaləni silsinlər. Demək söz azadlığının olmadığı bir cəmiyyətdə, avtoritar rejimlərdə hakimiyyət, yəni iqtidar özü informasiya ilə manipulyasiya edir. Onlar real deyil, özlərinə sərf edən informasiyanı dövriyyə buraxırlar. Real informasiyanı cəmiyyətə ötürən insanlara isə məcburiyyət tətbiq edirlər. Guya o insanlar cəmiyyətdə dezinformasiya yayırlar.

Bir daha qeyd edim ki, demokratik ölkələrdə real məlumatlar cəmiyyətə açıq idi. Məsələn İtaliyada nə qədər insanın virusa yoluxduğu və yaxud da virusdan sağaldıqları cəmiyyətə açıq idi. Hər kəs sosial şəbəkədə də fikirlərini yazırdı və buna görə heç kəs məsuliyyətə cəlb olunmurdu. Buna görə də deyə bilərik ki, burada söhbət səhiyyənin avtoritar rejimlərdə daha üstün, demokratik rejimlərdə isə zəif olmasından getmir. Söhbət ondan gedir ki, media, informasiya üzərində avtoritar rejimlərin güclü nəzarəti var. Avropa ölkələri səhiyyənin inkişafına görə həmişə öndə olublar. Heç vaxt avtoritar rejimli ölkə səhiyyə görə onlardan üstün ola bilməz.

Sual oluna bilər ki, niyə avtoritar ölkələr media üzərində manipulyasiya etdilər, xəstəliyi görməməzlikdən gəldilər və etiraf etmək istəmədilər? Hər ölkənin özünə görə səbəbi var. O ölkələr özlərini bacarıqlı göstərmək istədilər. Məsələn Ərdoğan ilk dövrlərdə pandemiyanı ona görə qəbul etmək istəmirdi ki, ordu Suriyadan gəlib Türkiyə küçələrində karantin rejiminə nəzarət etməli idi. Digər tərəfdən orta sahibkarlığa aid müəssislər bağlanmalı idi. Bu da böyük problemlər yarada bilərdi. İşsizlik yaranacaqdı. Buna görə də qarşıdan gələn seçkilərdə Ərdoğan səs itirə bilərdi.

Həmçinin Belarusda da eyni vəziyyət idi. Yəni seçkilər keçiriləcək və bu seçkilərdə Lukaşenko səs itirə bilərdi. Bütün bunların arxasında siyasi maraqlar və siyasi səbəblər durur. Amma avtoritar rejimlər heç də demokratiyaya nisbətdə qalib olmadılar.

Nəzakət Məmmədova: “Avtoritar rejimlər heç də demokratiyaya nisbətdə qalib olmadılar”.

Pandemiyanın ilkin dönəmində ölkələr özlərinə çəkildilər. Xüsusən hər kəs Avropa ölkələrindən həmrəylik gözlədiyi vaxtda onlar özlərini qorumaqla məşğul oldular. Amma son dövrlərdə Avropa ölkələri həmrəylik göstərdilər və daha çox yardımlaşma nümayiş etdirdilər.

Onu da qeyd edim ki, Çin, Rusiya, Belarus, Türkiyə, Türkmənistan və başqa ölkələr avtoritar rejim olaraq dünyada qəbul olunurlar. Onların da hər birinin virusa görə tədbirləri oldu. Onlar ya pandemiyanı qəbul etmədilər. Belə ki, Türkiyə, Belarus, Türkmənistan kimi ölkələrim rəhbərləri pandemiyanı qəbul etmək istəmirdilər. Onlar deyirlər ki, bizdə pandemiya yoxdur və inkar edirdilər.

Pandemiya Avropa Birliyinin parçalanmasına səbəb olmayacaq. Bu inandırıcı deyil. Çünki Avropa Birliyinin əsasları çox güclüdür, möhkəmdir. Amma əlbəttə ki, inamsızlıq yarandı. Məlum oldu ki, forstmajor vəziyyətdə ölkələr birləşmək əvəzinə hamısı ancaq öz əhalisinin qayğısına qalır. Lakin buna baxmayaraq Avropa Birliyinin parçalanması mümkün deyil. Avropa Birliyi dərin siyasi, iqtisadi, hərbi, ticarət, mədəni ən azından sivilizasiya ilə birləşib. Buna görə də heç bir proses onun qarşısını ala bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay