Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Könül İsmayılova: “Ermənilər ərazilərimizi tərk etməyə məcbur olacaqlar”

“Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa…”

Rusiya özünün qurduğu Ermənistanı özü də yox edəcək. Hazırki proseslər buna aparır. Əgər Ermənistan güclərin oyuncağı olmaqdansa, öz xalqının rifahını, iqdisadi mənafeyini əsas tutub Azərbaycanın şərtləri ilə razılaşacaqsa, xilas olmuş olacaq”.

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

Partiya yetkilisi qeyd edib ki, əslində 10 noyabr Birgə Bəyannaməsi ilə Qarabağda müharibə sona çatıb. Ancaq görünən budur ki, Rusiya öhdəlikləri yerinə yetirməyərək situasiyanı gərginləşdirir:

Rusiya tərəfin öz öhtəliklərini qulaqardına vurması istər-istəməz toqquşamlara səbəb ola bilər. Azərbaycan prezidentinin də çıxışlarından bir daha bəlli olur ki, 10 noyabr Birgə Bəyannaməsindən sonra bütün əməliyyatlar bitməli idi. Amma nə baş verir – Ermənistan silahlı qüvvələri tərəfindən baş verən atəşkəs pozuntuları, rus sülhməramlılarının himayəsində istədikləri vaxt sərhədi keçmək, azad edilmiş torpaqlarımızda sərbəst gəzmək. Onu da diqqətdən qaçırmaq olmaz ki, "sülhməramlı" komandirlər Azərbaycanla deyil, Ermənistanla daha sıx təmasdadılar. Bu da Rusiyanın Qarabağ məsələsində neytrallağını pozmasından xəbər verir”.

Bunu Azərbaycana təzyiq vasitəsi hesab edən xanım siyasətçinin fikrincə, prosesin gedişatı münaqişənin davam etdiyini göstərir və nəticə etibarı ilə Azərbaycanın hərərkətə keçməsini şərtləndirir. O, bunamisal olaraq Laçında Azərbaycan və Türkiyə ordularının birgə taktiki hərbi təlimlərini önə çəkdi:

“Əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə qüvvələri Qarabağda anti-terror əməliyyatlarına başlayacaqsa, Rusiya Türkiyənin qarşısından geri çəkilməli olacaq. Vəziyyətin mürəkkəbləşəcəyi gözlənilir. Hər halda, RusiyaErmənistan artıq dərk edir ki, sonuc olaraq Qarabağda qalan ermənilər bu əraziləri tərk etməyə məcbur olacaqlar”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ən çox oxunanalar