Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kino gözəli” Bakıda seçildi – Adlar

Türkiyədə “Bonne Vie” jurnalının təşkil etdiyi “Kino gözəli” yarışmasının Azərbaycan üzrə final gecəsi baş tutub

PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakıda keçirilən gecəyə Türkiyə və Fransa səfirliklərinin nümayəndələri, millət vəkilləri Adil Əliyev, Sona Əliyeva, Dilarə Cəbrayılova, ictimai xadimlər, məşhur sənət adamları qatılıb.

Layihə rəhbərləri müsabiqə haqqında ətraflı məlumat verərək, növbəti illərdə müxtəlif layihələrin keçiriləcəyinin anonsunu veriblər.

Gecənin ilk hissəsi konsert ab-havasında davam edib. “Kamerton” rəqs qrupu, xalq artisti Flora Kərimova, əməkdar artist Mətanət İsgəndərli, balaca Nuray ifaları ilə qonaqları heyran edib. Daha sonra jüri və dəstəkçilər mükafatlandırılıb.

İkinci hissə isə azərbaycanlı sənətçilər Zümrüd Qasımovanın tələbələri Nicat Hüseynzadə,Səbinə Haqverdiyeva, Rüfət Nəzərin tələbələri Cəmilə Hacıyeva, Rafael Quliyev, Anar Heybətovun tələbələri Zeynəb Hüseynova, Elsevər Rəhimov, Rəşad Kəsəmənlinin tələbələri Fidan Qasımova, Cavidan Kəsəmənli, Çimnaz Sultanovanın tələbələri Zeynəb Kəngərli, Ümman Budaqov, Ceyran İsgəndərin tələbələri Günay Məmmədova,Royal Allahverdiyev hazırladıqları tamaşalar ilə birincilik uğrunda mübarizə aparıblar.

Sonda Türkiyədən gələn qonaqlar Aleyna Solaker, Nesli Özsoy, Nuri Alco, Engin Çağlar, Can Özsoy, Kıvanç Tərzioğlu və layihə rəhbəri Hakan Solaker 12 iştirakçıya səs verib.

Səsvermə nəticəsində 4 iştirakçı - Fidan Qasımova, Elsevər Rəhimov, Cavidan Kəsəmənli, Cəmilə Hacıyeva Türkiyədəki finalda səhnəyə çıxmağa haqq qazanıb.

Qeyd edək ki, yarışmanın böyük Türkiyə finalı martın 18-də İstanbulda baş tutacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay