Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimə irad bildirməliyik? - Vəzifəsini yerinə yetirməyən Rusiya dövlətinə, yoxsa...

Fransada 2022-ci ilin aprelində prezident seçkiləri keçiriləcək. Artıq prezidentliyə namizədlər siyasi kampaniyaya start veriblər. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə seçki marafonuna start Sena sahillərindən deyil, İrəvandan başlayıb. Namizədlərdən biri Erik Zemmur artıq keçən həftə Ağrı dağına üz tutub ermənilərə difiramba söyləyərək, onları daim müdafiə edəcəklərinə söz verdi.

Namizədlər bir-birilə yarışa girib özlərini ermənidən də artıq erməni kimi təqdim etmək siyasəti aparır. Makronun da Brüsseldə qəfil peyda olması həm də seçki təbliğatının tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Fransa Respublika partiyasının nümayəndəsi, Fransa prezidentliyinə namizəd Valeri Pekress isə ermənidən ötrü özünü təhlükəyə atmaqdan belə çəkinməyib, başqa namizədlərdən fərqli olaraq yalnız İrəvana yox, Xankəndinə də soxulmaqla yalnız fransalı erməni seçicilərinin deyil, bütün ermənilərin simpatiyasını qazanmağa çalışıb.


Bu fransız qadının (xanım demək heyifdir) səfəri haqqında məlumata diqqət edin: ”Valeri Pekress "Dağlıq Qarabağa" səfərə yollanıb. O yerli siyasi nümayəndələrlə görüşüb. Təhlükəsizlik məqsədilə səfər “Franse TV” daxil olmaqla, əksər Fransa KİV-ləri tərəfindən işıqlandırılmayıb”.

Məlumatı adı çəkilən televiziya kanalının icmalçısı Jyülen Neni “Tvitter” səhifəsində yazıb.

Bu nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycanın ərazisində guya müvəqqəti yerləşdirilmiş Rusiya silahlı qüvvələri üçtərəfli razılaşmaya görə üçüncü dövlətin vətəndaşını, nəqliyyat vasitəsini Laçın dəhlizindən buraxmamalı idi, amma artıq neçənci dəfədir ki, həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin keçməsinə şərait yaradır və sərbəst buraxır.

Bəs, “təhlükəsizlik məqsədilə” deyəndə fransız icmalçı nəyi nəzərdə tutur? Kim Fransa prezidentliyinə namizədin həyatına Laçın dəhlizində, Xankəndində təhlükə yaradasıydı ki? Biz yoxuqsa, deməli, heç kim.

Araik İrəvanda olduğundan, fransız qadın David Babayanla, keşişlə görüşür, fotolar çəkdirir. Keşiş də “siyasi nümayəndə” hesab olunub. Əslində, televiziya icmalçısı doğru deyib. Ermənilərin ən böyük siyasiləri kilsə nümayəndələridir…

Hələ Xankəndinə gəlməzdən əvvəl bu qadın 21 dekabrda İrəvanda mətbuat konfransı keçirib və Azərbaycana xəbərdarlıq edib ki, “təcili erməni əsirləri azad edilməlidir”. Və əlavə edib ki, Parisə qayıdanda “Ermənistana dəstək” adı altında beynəlxalq konfrans çağıracaq. Bu qadın hələ prezident seçilməyib, bizlə ultimativ tonda danışır, sərhədimizi pozur, xəbərdarlıq edir və belə çıxır ki, bunu prezident seçsələr, Makrona şükür etməli olacağıq?..

Biz bu məsələ ilə bağlı kimə irad bildirməliyik? Vəzifəsini yerinə yetirməyən Rusiya dövlətinə, yoxsa dövlət sərhədini pozan fransız qadının vətəndaşı olduğu Fransaya? Mənə elə gəlir ki, ilk növbədə özümüzə!

Bu hadisə imkan verir ki, Azərbaycan Laçın dəhlizinə birgə nəzarət məsələsini qaldırsın və həll etsin. Yoxsa sabah, erməni diasporunun güclü olduğu ABŞRusiyada da prezident seçkiləri keçiriləndə namizədlərin ilk səfərləri məhz Xankəndindən başlayacaq…

(İlham İsmayıl, Təhlükəsizlik sahəsi üzrə ekspert)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay