Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In Şoyquya Şimali Koreyanın döyüş dronlarını göstərib...

Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyquya ölkəsinin silah arsenalının göstərib...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, Kim rusiyalı qonağına Şimali Koreya tərəfindən hazırlanan ən son dronları göstərib.

Xəbərdə qeyd edilir ki, KXDR rəhbəri və Rusiyanın müdafiə naziri iyulun 26-da Rusiya nümayəndə heyətinin üzvləri ilə birlikdə Pxenyanda silah sərgisində iştirak ediblər. Dərc olunmuş görüntülərdə ölkənin ən son silahlarının, o cümlədən qitələrarası ballistik raketlərin, onların mobil qurğularının, avadanlıqlarının, tanklarının və pilotsuz uçuş aparatlarının nümunələri əks olunub. Şəkillərə inanarsaq KXDR nəinki pilotsuz təyyarələr hazırlayıb, həm də onları havada sınaqdan keçirib.

Pilotsuz təyyarələrdən biri Amerikanın RQ-4 Global Hawk kəşfiyyat pilotsuz təyyarəsinin analoquna, digəri isə General Atomics şirkətinin ABŞ-ın MQ-9 Reaper hücum və kəşfiyyat PUA-sına bənzəyir.

Həmçinin qeyd edilir ki, dronlar zahirən o qədər oxşardırlar ki, onlar eyni vaxtda havaya buraxıldıqda onları ayırd etmək hətta mütəxəssis üçün çətin olacaq. Ehtimal olunur ki, texnologiya Cənubi Koreya və “kollektiv Qərb” ölkələrinə haker hücumları nəticəsində əldə edilib.

Qeyd edək ki, Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Koreya Müharibəsində hərbi əməliyyatların başa çatmasının 70-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün çərşənbə axşamı Şimali Koreyaya gəlib. İşgüzar səfər iyulun 27-dək davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar