Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kılıçdaroğlunun Azərbaycanın yer almadığı “Yeni İpək Yolu” xəritəsi - Kimlərin dəyirmanına su tökülür?..

CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb...

Politoloq: “Kılıcdaroğlunun “İpək yolu” adlandırdığı Çinlə Avropa, Qərb istiqamətində nəqliyyat dəhlizi yaradılmasını nəzərdə tutan layihənin təqdimatı Azərbaycanda, həmçinin Türk Dövltləri Təşkilatına üzv ölkələrdə ciddi narahatlıqla qarşılanıb və sualar yaradıb”.

“Kılıcdaroğlunun təqdimatında “İpək yolu” layihəsi son illər Azərbaycan və Türkiyənin birgə səyləri ilə əldə olunan uğurların üzərindən də xətt çəkə bilər”.

Bu sözləri politoloq Zaur İbrahimli CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. “Böyük layihə” adı altında onun yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə onun qələbə çalacağı halda hansı kimlərə və necə açıq şəkildə göstərir.

Bəs Kılıcdaroğlu kimin dəyirmanına su tökür? Hansı publikaya işləyir?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimlinin fikirlərini öyrənib.

Zaur İbrahimli: “Kılıcdaroğlunun təqdim etdiyi layihə ciddi suallar yaradır. “Millət” İttifaqı Azərbaycan və Türk Dövlətləri Təşkilatının milli maraqlarına qarşı çıxır?”.

Kılıcdaroğlunun təqdimatında “İpək yolu” layihəsinin strategiya ilə tam ziddiyyət təşkil etdiyini xatırladan politoloq əlavə edib ki, əsas etibarı ilə bu layihə İranın maraqlarını nəzərə alır:

““Millət” İttifaqının Türkiyə prezidentliyinə namizədi Kamal Kılıcdaroğlunun “İpək yolu” adlandırdığı Çinlə Avropa, Qərb istiqamətində nəqliyyat dəhlizi yaradılmasını nəzərdə tutan layihənin təqdimatı Azərbaycanda, həmçinin Türk Dövltləri Təşkilatına üzv ölkələrdə ciddi narahatlıqla qarşılanıb və suallar yaradıb.

Hazırda Azərbaycan və Türkiyə, Gürcüstan və Qazaxıstanla əməkdaşlıqda Şərqlə Qərb arasında etibarlı quru əlaqəsini təmin edən nəqliyyat “Ortda dəhliz” layihəsi üzərində ciddi işləyirlər. Bu dəhliz Türk Dövlətləri Təşkilatına üzv ölkələri əhatə edir, Azərbaycan və Gürcüstan üzərindən keçməklə Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir. “Ortda dəhliz” layihəsi Bakı-Tblisi-Qars dəmiryolu xəttinin istifadəsini, həmçinin gələcəkdə Zəngəzur dəhlizindən yararlanmağı da nəzərdə tutur. Bakı və Ankara “Ortda dəhliz” layihəsinin rentabelli olması, siyasi dəstək alması, investorların marağını cəlb etməsi, rəqabətədavamlı olması üçün çox səy göstərirlər.

Zaur İbrahimli: “Azərbaycan cəmiyyəti haqlı iradlarını, narazılıqlarını bildirir və izahat tələb edir”.

Xüsusən, Türk Dövlətləri Təşkilatı perspektivindən məsələyə yanaşaraq Şərqlə-Qərb arasında nəqliyyat daşımalarında strateji mövqeyə malik olmağa can atırlar. Artıq ilkin uğurlar var, Pekin ciddi maraq göstərir, bir necə müqavilələr bağlanıb və təkmilləşdirmələr aparılır. Kılıcdaroğlunun təqdimatında “İpək yolu” layihəsi isə bu strategiya ilə tam ziddiyyət təşkil edir və əsas etibarı ilə İranın maraqlarını nəzərə alır. Ankara və Bakı həm Rusiya, həm İranla bu istiqamətdə ciddi rəqabət apararaq, ilkin uğurlara imza atıblar. Tehran hər vəhclə Azərbaycanı Çindən Qərbə yükdaşımaları layihələridən kənarda qoymağa çalışır. Bu həmçinin Ermənnistan üçün an arzuolunan ssenaridir.

Belə bir vəziyyətdə Kılıcdaroğlunun təqdim etdiyi layihə ciddi suallar yaradır. “Millət” İttifaqı Azərbaycan və Türk Dövlətləri Təşkilatının milli maraqlarına qarşı çıxır? Eyni zamanda Azərbaycan cəmiyyətində “Millət” İttifaqının Azərbaycanla bağlı siyasəti, perspektivə baxışı ilə əlaqədar ifadə edilən narahatlıqların haqlı olduğunu deməyə əsas verir. Kılıcdaroğlunun təqdimatında “İpək yolu” layihəsi son illər Azərbaycan və Türkiyənin birgə səyləri ilə əldə olunan uğurların üzərindən də xətt çəkə bilər. Məhz buna görə Azərbaycan cəmiyyəti haqlı iradlarını, narazılıqlarını bildirir və izahat tələb edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar