Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə yeni satış qaydası

Nazirlik heç bir şirkətə fərq qoyulmayacağına zəmanət verir

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər: “Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək”.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun “Yeni Müsavat”a dediyinə görə, əvvəllər kənd təsərrüfatı texnikasının satışı zamanı güzəştlər yalnız “Aqrolizinq” ASC-dən alınan texnikaya tətbiq olunurdu: “Cənab prezidentin imzaladığı ”Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Fərmanın tətbiqi ilə əlaqədar artıq texnika satışında subsidiyalar bütün təchizatçı şirkətlərdən alınan kənd təsərrüfatı texnikasına şamil olunacaq. Artıq fermerlərimiz müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala bilərlər. Texnikanın alqı-satqısı “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək".

Şöbə müdiri bildirir ki, prosedur sadədir: “Fermer təchizatçı şirkətlə texnika alışı barədə razılaşır, həm fermer, həm təchizatçı şirkət banka müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə məşğul olan təchizatçı şirkətlər kifayət qədərdir. Yeni qaydalara əsasən, bütün şirkətlərdən alınan texnikanın dəyərinin 40 faizi subsidiyalaşdırılır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar