Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş məcburi köçkünlər üçün tikilən, istifadəsiz mənzillərin satışı portalı hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçmiş məcburi köçkünlər üçün tikilən, istifadəsiz mənzillərin satışı portalını hazırlayır.

Nazirlikdən verilən məlumata görə, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - “ASAN Login” üzərindən giriş imkanı olacaq.

Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq.

Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocəsən qəsəbələrində, Abşeron, LənkəranSamux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.

Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar