Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əsədov: “Mənimlə birlikdə övlad böyütmüsən ki, onu döyürsən?"

"Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir".

PİA.az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məktəbdə şagirdlərin döyülməsi faktlarına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, məktəb öz funksiyasını yerinə yetirə bilmir: "Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü. Bəs indi necədir vəziyyət?

Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına.

Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür.

Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övlad böyütmüsən ki, onu da döyürsən?.."

Kamran Əsədov əlavə edib ki, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir:

"Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar