Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtalyan virusoloq: “Koronavirus peyvəndi qlobal fırıldaqçılıqdır!”

Koronavirusa qarşı peyvənd hazırlanması ilə bağlı tələblər tamamilə qlobal bir fırıldaqçılıqdır. Çünki dünyadakı 7 milyard insandan 600 milyonuna məcburi şəkildə peyvənd vursalar, çox böyük pullar qazanacaqlar...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 19 noyabr 2020-ci il

Bütün Yer kürəsi, demək olar ki, öz orbitindən çıxıb. Dünyada kapitalizm nəticəsində milyardlarla insan qlobal ədalətsizliklə əzilir. 2000-ci ildən bəri bəşəriyyət Sars virusu ilə başlayan, quş qripi, donuz qripi, Mers, ebola və zika kimi viruslardan sonra, indi də koronavirus təhlükəsi ilə üz-üzədir.

Jurnalist-yazıçı Birgül Göker Perdisa mövzu ilə əlaqədar italyan mütəxəssislərin fikirlərini toplayıb. Perdisanın məqaləsi “Odatv”də yayımlanıb, lakin hamı peyvəndlərlə bağlı mütəxəssis fikirlərini bilməlidir.

Perdisanın məqaləsinə görə, virusoloq Dr. Albert Sabinin tələbəsi olmuş, iki dəfə Tibb üzrə Nobel mükafatına namizəd göstərilmiş və peyvəndlərlə bağlı mühüm tədqiqatlar aparmış dünyaca məşhur virusoloq Giulio Tarro deyir:

“Mən uşaq iflici peyvəndini ixtira edən Albert Sabinin ən sevimli tələbəsi idim. Vaksinlərin önəmini heç cür lazımsız saya bilmərəm. Ancaq bəzi viruslar üçün - Covid-19 da bunlardan biridir - peyvənd real bir yanaşma deyil. Bütün viruslar mutasiya keçirir və bunların çoxu bizim zərərimizə deyil. Koronavirüs 2002-2003-cü illərdə baş verən SARS epidemiyasının da səbəblərindən biridir, lakin indi bu virus, sanki, yoxa çıxdı. Eyni şey Covid-19-a da aid ola bilər”.

Dr. Stefano Montanari də Giulio Tarro ilə eyni fikirləri bölüşür:

“Sürətlə mutasiyaya uğrayan, antikor yaratmayan koronavirusa qarşı peyvənd faydasızdır. Qızılca əleyhinə peyvənd ola bilər, amma soyuqdəymə əleyhinə peyvəndi ola bilməz. İnsan ömründə 200 dəfə soyuqdəymə keçirsə də, bədənində antikorlar əmələ gəlmir. Buna görə də, sürətlə mutasiya keçirən koronavirusa qarşı da peyvəndin hazırlanması texniki cəhətdən qeyri-mümkündür. Koronavirusa qarşı peyvənd hazırlanması ilə bağlı tələblər tamamilə qlobal bir fırıldaqçılıqdır. Çünki dünyadakı 7 milyard insandan 600 milyonuna məcburi şəkildə peyvənd vursalar, çox böyük pullar qazanacaqlar”.

Dr. Montanari qış aylarında vurulan soyuqdəymə əleyhinə peyvəndlərin də saxtakarlıq olduğunu bildirir və: “Koronavirusa qarşı etməli olduğumuz ən vacib şey immun sistemimizi gücləndirməkdir”, deyir.

Canan Karatay da hər kəsə doğru məlumat verirdi, amma qlobal saxtakarlığa bilə-bilə qoşulanlar ona dözə bilmədilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar