Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə Azərbaycan hökumətinə vətəndaşlarının banklarda olan məlumatlarını göndərəcək

Nazim Bəydəmirli: “Məmur sahibkarlığına aid şəxslərin İsveçrə banklarında vəsaitləri haqda qaldırılan məsələ məntiqlidir”...

İsveçrə 19 ölkənin hökumətinə rəsmi olaraq həmin ölkələrin vətəndaşlarının İsveçrədə olan bank və vergi məlumatlarını göndərəcək. Bunlar arasında Azərbaycan da var.

Bir müddət əvvəl İsveçrə 36 ölkə ilə, o cümlədən Rusiya, Çin və Səudiyyə Ərəbistanı ilə belə məlumatlandırma mexanizmini tətbiq edib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə qərar İsveçrə parlamenti tərəfindən qəbul edib.

Qərar korrupsiya və çirkli pulların yuyulmasına qarşı yönəlib.

Qərarın əleyhinə yalnız konservativ İsveçrə Xalq Partiyasının (SVP/Sürix) nümayəndəsi Tomas Matter çıxıb. O, İsveçrənin neytrallıq prinsipini əsas gətirib və qeyd edib ki, avtoritar idarəetmə sistemləri olan ölkələrə bank məlumatlarını göndərmək olmaz.

Maliyyə naziri Uli Maurer bu yanaşma ilə razılaşmayaraq, bəyan edib ki, İsveçrə xarici vergi idarələrinə bank və vergi məlumatlarını avtomatik rejimdə ötürməlidir.

“İsveçrə dünyada aparıcı maliyyə mərkəzi olaraq korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizə sahəsində yeni standartlara keçmək öhdəliyi götürüb”, - nazir deyib.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-ə şərhində bu prosesin bir neçə il davam etdiyini xatırladıb. O bildirib ki, “Böyük yeddilik” formatına daxil olan ölkələrin rəhbərləri toplantılarında ofşor və gizli hesablardan siyasilərin, onlara yaxın iş adamlarının vurduqları ziyanla mübarizə apardıqlarını elan ediblər.

“İsveçrə məsələsi də qlobal prosesin bir parçasıdır. Bu dövlət tərəfsizliyini qoruyub saxlayan imici yaradıb. Ona görə də Azərbaycandan olan siyasi çevrələrə yaxın biznes şəbəkələrin və xüsusən məmur sahibkarlığına aid şəxslərin İsveçrə banklarında vəsaitləri haqda qaldırılan məsələ məntiqlidir”, - iqtisadçı deyib.


Nazim Bəydəmirli

Bununla belə Nazim Bəydəmirli düşünür ki, parlamentdə aparılan müzakirələr hələ icra strukturlarının bunu həll etməsi anlamına gəlməməlidir.

“Sadəcə, demokratik ölkələrin parlamentləri belə məsələləri müzakirəyə çıxarırsa, hakimiyyətdəki siyasi partiya qanunverici orqanın qərarı ilə razılaşmağa məcbur edilir. Əsas məsələ sonda seçicinin hansı reaksiya verəcəyidir. Postsovet dövlətlərinin məmurlarından fərqli olaraq demokratik ölkələrdə məmurların hansısa əyləncəli həyat tərzi vətəndaşda, seçicidə çox qıcıq oyadır. Hətta qanuni yolla milyardlara sahib olanlar da özlərini çox sadə şəkildə ictimaiyyətə təqdim edirlər, dəbdəbəli həyat qurmurlar, müxtəlif fondlara vəsait yatızdırırlar. Seçicilər də öz milyonerlərindən gördüyü faydanı Azərbaycan kimi cəmiyyətlərdən də gözləyirlər və sonda bu vəsaitin mənşəyini sorğulayırlar”.

Nazim Bəydəmirli hesab edir ki, gələcəkdə ofşor hesablar, gizli mənbələr mütləq açıqlanacaq.

“Bu hadisə də, məmur sahibkarlığının ləğvi söhbətləri, SOCAR hadisələri də bir daha göstərir ki, baş verənlərə daxili və xarici ictimaiyyət səssiz qalmaq niyyətində deyil”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Ən çox oxunanalar