İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə basqınları zamanı terrorda iştirakda şübhəli bilinən 10 nəfəri saxlayıb və iki israillini öldürən terrorçunun evini dağıdıb...
Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisinin qüvvələri Huvarda (İordan çayının qərb sahilindəki Fələstin yaşayış məntəqəsi) hücumu həyata keçirən terrorçunun mənzilini dağıdıb, bu zaman iki terrorçu öldürülüb”, deyə mətbuat xidmətinin məlumatında bildirilib. Xəbərdə qeyd edilir ki, sözü gedən terror aktı avqustun 19-da törədilib.
“Bundan əlavə, İsrail qüvvələri Yəhudeya və Samariyada axtarışda olan 10 şəxsi saxlayıb, onlardan dördü HƏMAS terror təşkilatı ilə əlaqəsi var”, deyə İsrail ordusunun məlumatıbnda qeyd edilir.
Həbs olunan bütün məhbuslar əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib. Reydlər zamanı İsrail tərəfdən itkilər olmayıb.
Poliqon.info