Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Suriyaya hücumlarla bağlı Rusiyaya xəbərdarlıq etməyi dayandırıb

İsrail ordusu Rusiyaya əvvəlcədən xəbərdarlıq etmədən Suriyaya zərbələr endirməyə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, bu, iki ölkə arasında onsuz da çətin olan münasibətləri pisləşdirir.

Bloomberg yazır ki, HƏMAS-la müharibə başlayandan bəri İsrail Suriyaya hücumlarını artırıb. Oktyabrın 25-də İsrail hərbçiləri ölkənin cənubundakı hərbi bazada yerləşən silah anbarına zərbələr endirib. Nəşr qeyd edir ki, Rusiya hərbi polisi bazanın yaxınlığında məskunlaşıb, lakin onların zərbə günü ərazidə olub-olmadığı məlum deyil.

Rusiya Suriyaya ordu yeritdiyi 2015-ci ildən İsrail Rusiyaya hücumları barədə əvvəlcədən xəbərdarlıq edib. Bu, iki ölkənin hərbçilərinə bir-biri ilə birbaşa qarşıdurmadan qaçmağa imkan verirdi. Lakin oktyabrın 25-də, eləcə də oktyabrın 30-da Dəra əyalətindəki hərbi bazaya hücumla bağlı Moskvaya xəbərdarlıq edilməyib.

Bloomberg qeyd edir ki, İsrailin Rusiyaya gözlənilən zərbələr barədə xəbərdarlıq etməyi dayandırmasının səbəbi Ukraynada müharibə başlayandan sonra Moskvanın İranla yaxınlaşmasıdır. Oktyabrda Fələstin-İsrail münaqişəsinin gərginləşməsi Moskva ilə Qüds arasında münasibətləri daha da müşkülləşdirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar