Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu Fələstinin Cenin bölgəsində əməliyyatı başa çatdırıb...

İsrail Müdafiə Qüvvələri Fələstinin Cenin şəhərində (İordan çayının qərb sahili) iki günlük əməliyyatın başa çatdığını elan edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü bildirib. Sözçü qeyd edib ki, əməliyyatda 12 fələstinli və bir İsrail əsgəri həlak olub.

“Əməliyyat rəsmi olaraq başa çatıb və əsgərlər Cenin bölgəsini tərk ediblər”, deyə İsrail ordusunun rəsmisi bildirib.

The Jerusalem Post yazır ki, İsrailin əməliyyatı zamanı 120 nəfər yaralanıb. Qəzet Fələstin mənbələrinə istinadən xəbər verir ki, ölənlərin demək olar ki, hamısı,12 nəfər yaraqlı kimi tanınıb.

The Jerusalem Postun məlumatına görə, İsrailin geri çəkilməsindən az sonra onlarla fələstinli Fələstin təhlükəsizlik qüvvələrinin Cenindəki yerli qərargahına daş atıb. Etirazçılar Fələstin hakimiyyətini “İsrail əməliyyatı zamanı gizlənməkdə” və “fələstinliləri təcavüzdən qoruya bilməməkdə” ttiham ediblər.

The Jerusalem Post yazır ki Fələstin hakimiyyəti həm Cenində, həm də İordan çayının qərb sahilinin bir çox başqa şəhərlərində baş verənlərə faktiki olaraq nəzarət etməyi dayandırıb. Qeyd edilir ki, İsrail Fələstin rəhbərliyinin baş verənlərə görə məsuliyyəti öz üzərinə götürəcəyinə ümid edərək, Cenin əməliyyatını tam iki il təxirə salıb.

Xatırladaq ki, iyulun 3-nə keçən gecə İsrail təhlükəsizlik qüvvələri Cenində 2002-ci ildən bəri ən böyük əks-terror əməliyyatına başlayıb. Əməliyyat "Ön bağçalı ev" adlanırdı. İsrail Xarici İşlər Nazirliyi bildirib ki, baş verənlər “Fələstinlilərlə münaqişə” deyil, “İran marionetləri” ilə mübarizədir. Döyüşlərə ordunun həm aviasiya, həm də quru qoşunları, sərhəd polisi və Baş Təhlükəsizlik Xidməti cəlb edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Ən çox oxunanalar