Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail mediasında sensasiyalı iddia

"Xomeyninin nəvəsi amerikalılarla gizli danışıqlar aparır"

Tsvi Cofre

“Jerusalem Post”, 09.07.2019

İraqın Ərbil şəhərindəki bir oteldə Birləşmiş Ştatlar rəsmiləri və İran nümayəndələri arasında gizli görüşlər keçirilib. Bu barədə “i24News” məlumat verib. İran nümayəndələrinə İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni rəhbərlik edib.

Nümayəndə heyətinə, həmçinin İslam İnqilabçı Keşikçiləri Korpusundan (İİKK) iki nəfər, habelə İranın İraqdakı xüsusi nümayəndəsi İrəc Məscidi də daxildir.

“i24News”-un məlumatına əsasən, bu yaxın vaxtlarda İnqilab Keşikçiləri qvardiyasında bölünmə baş verib və İslam Respublikası incə çevrilişlə üzləşib.

İranın İraqdakı kürd müxalifət partiyaları ilə də əlaqə saxladığı barədə məlumatlar var, amma danışıqlar “i24News”-un daxili mənbələrinin iddiasına görə, “faydasız” olub.

Kürd müxalifət qurumu “İran Kommunist Partiyası” açıqlayıb ki, bəzi əsas kürd partiyalarının son iki il ərzində gizli şəkildə İran rəsmiləri ilə görüşüb.

İran xarici işlər naziri Cavad Zərif ötən günlərdə atdığı bir tvitində baş nazir Benyamin NetanyahuABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonu 0% uran zənginləşdirmə tələbi ilə Paris razılaşmasını məhv etməkdə günahlandırıb.

Bolton və Netanyahu “0% zənginləşdirmə tələbi qoyaraq onlar E3 və İran arasında 2005-ci ilin Paris sazişini öldürüb. Nəticə? İran 2012-ci ildə zənginləşdirməni 100 qat artırıb”.

Zərif iki səlahiyyətlini Trampı tələyə salmaqda və JCPOA-dan çıxmaqda ittiham edib.

Bazar ertəsi günü İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi “ISNA” xəbər agentliyinə bildirib ki, Tehran nüvə razılaşmasının tələbini pozaraq 3.67% saflığında uran zənginləşdirib. Bu daha sonra MAGATE tərəfindən təsdiqlənib.

Həmçinin, Bazar ertəsi günü Zərif ABŞ-ın 2015-ci ilin nüvə razılaşmasından daha yaxşı bir şey gözləməməsinə dair tvit atıb.

“Daha yaxşı bir razılaşma olmayacağı getdikcə daha aydın olur. Amma onlar İrana sazişə tam əməl etməyi tövsiyə edirlər”.

İranın “Fars” xəbər agentliyi bu həftə xəbər verib ki, “İraq Hizbullahı”nın əldə etdiyi audio fayllar və “WhatsApp” söhbətlərinə əsasən, İraq ordusunun komandirlərindən biri İraq-Suriya sərhədindəki hərbi bazalar barədə CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) casusuna məlumat verib.

Söhbət İraqın əl-Anbar əyalətindəki əməliyyat komandiri Mahmud əl-Fəlahinin İraq vətəndaşı olan bir CIA casusuna İraq-Suriya sərhədində ABŞ və İsrail qüvvələrinə hücum edə biləcək mövcud hərbi bazaların coğrafi koordinatları ilə təmin etməsindən gedir.

CIA casusu vasitəsilə əl-Fəlahi İraq Kürdüstanı bölgəsindəki Ərbildə və ya ABŞ-ın Qərbi İraqdakı “Habaniyə” bazasında yerləşən kəşfiyyat xidməti komandirləri ilə görüşüb.

İraq Hizbullahı”nın sözçüsü Məhəmməd Muhi Şənbə günü Livanın “əl-Məyadin” xəbər agentliyinə bildirib ki, “Haşdi-Şəabi” əl-Fəlahinin CIA və İsrail “Mossad”ı üçün İranın milli təhlükəsizliyi əleyhinə casusluğunu ifşa edib.

Muhi deyib: “ABŞ səfirliyi və İraqdakı ABŞ qüvvələri məhkum edilməlidir. Amerikaya etibar olunmamalıdır”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar