Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ABŞ hökumətinə təsir etmək üçün 2 milyon dollarlıq gizli kampaniya keçirib

İsrailin Diaspor İşləri və Antisemitizm Nazirliyi yəhudi dövlətinin Qəzza zolağındakı hərəkətlərinə dəstəyi artırmaq məqsədilə sosial şəbəkələrdə ABŞ qanunvericilərinə təzyiq göstərmək üçün gizli əməliyyat keçirib...

Poliqon xəbər verir ki, bu barədə "The New York Times" yazır.

Mətnə görə, nazirlik İsrail tərəfdarı olan nəşrlər vasitəsilə millət vəkillərini və ictimaiyyəti hədəf alan təsir kampaniyası təşkil edib və bunun əvəzini ödəyib. Rəsmi məlumatlara və sənədlərə görə, Təl-Əvivdə Stoic siyasi marketinq firması tərəfindən həyata keçirilən əməliyyata 2 milyon dollara yaxın vəsait ayrılıb.

NYT yazır ki, kampaniya oktyabrda başlayıb və hələ də sosial şəbəkələrdə aktivdir. Saxta hesablar İsraili dəstəkləyən şərhlər yazaraq, real istifadəçiləri təqlid edir.

Mesajların ABŞ qanunvericilərinə, xüsusən də Nümayəndələr Palatasında azlıqların lideri Hakim Ceffries və Corciyadan olan senator Rapfael Varnok kimi qaradərililərə və Demokratlara yönəldiyi və İDF-nin davamlı maliyyələşdirilməsinə çağıran bəyanatlarla ifadə edilir.

NYT yazır: "Sosial media ekspertlərinin fikrincə, əməliyyat İsrail hökumətinin ABŞ hökumətinə qarşı təsir kampaniyası qurması ilə bağlı ilk sənədləşdirilmiş hadisədir".

Bundan əvvəl İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib ki, İsrail xarici təzyiqlər nəticəsində tam təcrid vəziyyətinə düşsə belə, özünü müdafiə etməyə hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ən çox oxunanalar