Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyanın baş nazirinin müavini koronavirus şübhəsi ilə xəstəxanaya qaldırılıb

İspaniya hökumətinin sədrinin müavini Karmen Kalbo tənəffüs infeksiyası ilə əlaqədar xəstəxanaya aparılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibliyi tərəfindən məlumat yayılıb.

Baş nazir müavininin dünən axşam Madriddəki klinikalardan birinə gətirildiyi və onun dərhal infeksiya xəstəlikləri bölməsinə aparıldığı qeyd olunur.
Karmen Kalvodan həmçinin koronavirusla bağlı analiz də götürülüb. Təhlillərin nəticələri hələ ki, məlum deyil.

Qeyd etmək lazımdır ki, bundan öncə İspaniya hökumətinin iki üzvündə, Ərazi siyasəti üzrə nazir Karolina Dias və Bərabərlik hüquqları üzrə nazir, habelə baş nazirin müavini Pablo İqlesiasın xanımı İren Monteroda koronavirus aşkar edilmişdi. Bundan başqa Kataloniya əyalət hökumətinin sədri Kim Torra və Madrid hökumətinin sədri İsabel Dias Ayusonun da infeksiyaya yoluxduğu məlum olub.

Koronavirus baş nazir Pedro Sançesin xanımı Beqonya Qomesdə də ortaya çıxıb. İspaniya mətbuatı baş nazirin anası və qaynanasının da virusa yoluxduğunu xəbər edib. Onların hamısı hazırda xəstəxanada müalicə alırlar.

Hazırda İspaniya yoluxanların sayına görə Avropada İtaliyadan sonra 2-ci yeri tutur. Bu günə olan məlumata görə ölkədə 33089 koronaviruslu xəstə var.

pia.az


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar