Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşə düşən kimi çökən “Kirayə evlər” layihəsinə Xanhüseyn Kazımlının oğlu rəhbərlik edir

Xəbər verildiyi kimi İpoteka və Kredit Zəmanət Fondunun dünən saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməli olan “Elektron ipoteka” sistemi çökdü...

Fond “Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” MMC-yə 6 000 000 manat, sistemin təkmilləşməsi üçün “GT Solution” şirkətinə də 3 000 000 manat vəsait ödəyib.

Turkustan.info xəbər verir ki, məsələ sosial mediada müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri bu qədər vəsait, bu qədər dövlət dəstəyi qarşılığında, dövlət tərəfindən vətəndaşların sosial durumunun yaxşılaşmasına yönələn dövlət əhəmiyyətli bir layihənin bu tip uğursuzluğu tənqid olunub.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov fəaliyyətinin ilk günündə çökən “Elektron ipoteka” sistemi ilə bağlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun rəhbəri keçmiş deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovdur: “Fəxri Kazımov Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun çanta daşıyanı olaraq karyera qurmuş ən savadsız və təsadüfi məmurlardan biridir”.

İT üzrə mütəxəssis Osman Gündüz bildirib ki, aldığı məlumata görə, Elektron Hökumətin İnkişafı Mərkəzi bir neçə dəfə İpoteka Fonduna xəbərdarlıq edib: “Fonda tövsiyələr verib ki sistem bu formada işə salınsa yüklənməyə tab gətirməyəcək, risklər yüksəkdir və sistem çökə də bilər”.

Qeyd edək ki, “GT Solution” şirkətinin həyata keçirdiyi layihələri əsasən Mərkəzi Bank satın alıb. Mərkəzi Bankın “GT Solution”dan satın aldığı predmetlər “Kompyuter və kompyuter avadanlıqlarının, xidmətlərin satın alınması”, “Mühasibat sisteminin təkmilləşdirilməsinə və digər informasiya sistemləri ilə interfeyslərin yaradılması xidmətlərinin satın alınması”, “İnformasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və surətçoxaltma aparatları üçün texniki xidmətlərin satın alınması”, “Elektron ipoteka” sisteminin yaradılması üzrə mal və xidmətlərin satın alınması”dır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar