Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın XİN başçısı: Vaşinqton Qəzza zolağında münaqişənin həlli yollarını bilir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, ABŞ prezidenti Co Bayden administrasiyası İsrail və HƏMAS arasındakı münaqişənin həllinin siyasi olduğunu bilir...

Poliqon xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Onun sözlərinə görə, Ağ Ev Fələstin anklavında müharibəyə son qoymağın siyasi baxımdan mümkün olduğunu tamamilə bilir. İran xarici işlər naziri vurğulayıb ki, diplomatlar bu istiqamətdə fəal işləyirlər.

Oktyabrın 7-də minlərlə silahlı HƏMAS tərəfdarının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin cavab əməliyyatının məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib. Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Noyabrın 22-də İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Noyabrın 24-də atəşkəs sazişi rəsmi olaraq qüvvəyə minib və dekabrın 1-də səhər saatlarında başa çatıb. Atəşkəsin bağlandığı həftə ərzində HƏMAS 110 girovu azad edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Ən çox oxunanalar