Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Suriyadakı bəzi “Vaqner” mövqelərini ələ keçirib

Liderləri Yevgeni Priqojinin ölümündən sonra “Vaqner” üzvləri Suriyanı tərk edəcək və oradakı aktivlərini İrana ötürəcəklər...

Poliqon xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) şəxsi heyətinin Suxnada (mərkəzi Suriya) əvvəllər “Vaqner” muzdluları tərəfindən zəbt olunmuş mövqeləri tutduğu qeyd edilir.

"Rusiya Müdafiə Nazirliyi əvvəllər “Vaqner”ə sentyabrın 20-dək Suriyanı tərk etməsi və ya Rusiya ordusuna qoşulması barədə göstəriş vermişdi. İran adətən Suriya ərazisində qüvvələr və silahların daşınması üçün Suxna yolundan istifadə edir ki, bu da mövqelərin doldurulması ilə daha da asanlaşdırıla bilər. İran iqtisadi fayda əldə etmək üçün Suriyanın mərkəzi səhrasında əvvəllər “Vaqner” qüvvələrinin tutduğu digər mövqelərə də nəzarəti ələ keçirə bilər. Bu mövqelərin bəzilərində "Vaqner"in qoruduğu qaz və neft yataqları var”, deyə hesabatda bildirilir.

Eyni zamanda, analitiklər qeyd edirlər ki, Suriyada hələ də əvvəllər “Vaqner”in nəzarətində olan bir neçə mövqe var - qaz və neft yataqları.

Qeyd edək ki, avqustun 27-də Rusiya Müdafiə Nazirliyi Suriyadakı “Vaqner” yaraqlılarına ölkəni tərk etmək və ya Rusiya Silahlı Qüvvələrinə qoşulmaq əmri verib. Həmin vaxt Suriyada 1500-dən çox “vaqnerçi” olub və daha 3000-ə yaxın ölkə vətəndaşı qrupda işləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay