Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Qızıl Aypara Cəmiyyətinin sədri Azərbaycan Prezidentinə təşəkkür edib - Yardıma görə

İran Qızıl Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına bu ölkənin dağıdıcı seldən əziyyət çəkən xalqına göndərdiyi humanitar yardımlara görə təşəkkür edib

PİA.az xəbər verir ki, ONA-nın Tehran bürosunun müxbirinə ekskluziv açıqlama verən Əli Əsğər Peyvəndi bildirib ki, bu addım iki xalqın qonşuluq və dostluğunun, eləcədə Azərbaycanın İranın dərdinə şərik olmasının göstəricisidir. İki ölkə həmişə bir-birinin yardımına tələsir”.

O bildirib ki, Azərbaycan Respublikası tərəfindən yardım məhsulları ilə dolu 17 yük maşını İrana təhvil verilib: “Bu, nəzərəçarpacaq qədər yardım deməkdir. Hazırda Azərbaycandan göndərilən humanitar yardımlar Lorestan və Gülüstan əyalətlərinə göndərilir“.

İran Qızl Aypara Cəmiyyətinin sədri qeyd edib ki, son günlər baş verən dağıdıcı sel ölkənin 31 əyalətinə ziyan vurub. İndiyədək 80 nəfər həyatını itirib: “Hazırda bütün gücümüzlə seldən əziyyət çəkənlərə yardım etməyə çalışırıq. Bəzi bölgələrdə hələ də sel və daşqınlar baş verir. ABŞ-ın sanksiyasına görə indiyədək edilmiş yardımlardan bir dollar belə nağd vəsait əldə edə bilməmişik. Müxtəlif ölkələrdən edilən yardımlar yalnız humanitar yardımlardır və nağd vəsait olmayıb. Hazırda nağd yardımların əldə olunmasında yaranmış problemin həlli ilə bağlı müzakirə aparırıq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar