Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərədə “qızıl qızdırma” təşvişi: Ölümcül xəstəlik illər sonra yenidən “dirildi”

Qışın yaxınlaşması ilə DÜNYADA Covid-19 və qripə yoluxma halları yenidən artarkən, İngiltərədə yeni epidemiya qorxusu yaranıb…

PİA.az xəbər verir ki, İngiltərədə 19-cu əsrdə müşahidə edilən və uşaq ölümlərinə səbəb olan xəstəlik yenidən gündəmə gəlib. Mütəxəssislər xüsusilə 10 yaşdan kiçik uşaqlarda müşahidə edilən, lakin böyüklərdə də rast gəlinən qızıl qızdırma xəstəliyinin anormal səviyyədə artdığını açıqlayıb.

Bakterial yoluxucu xəstəlik olan skarlatina xüsusilə dil, üz, qoltuqaltı və qasıq nahiyəsində qırmızı ləkələrlə özünü göstərir. Qızdırma, halsızlıq, boğaz ağrısı, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi simptomlarla müşayiət olunan xəstəlik vaxtında müalicə olunmazsa, yüksək riskli nəticələrə, hətta ölümə və digər xəstəliklərə səbəb ola bilər.

İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) ictimaiyyəti qırmızı qızdırmaya diqqət yetirməyə çağırıb. Xüsusilə uşaqlı ailələrə xəbərdarlıq edən mütəxəssislər yoluxma sayının normadan xeyli çox olmasına diqqət çəkib.

Covid ilə qarşıq ola bilər

COVİD-lə bağlı qadağaların ləğvinin də yoluxma hadisələrinin sayının sürətlə artmasında təsirli olduğu bildirilib. Mütəxəssislər xəstəliyin COVİD ilə qarışdırıla biləcəyini, çünki simptomların oxşar olduğunu, lakin xəstəliyin hələ də dəri səpkiləri ilə qeyd oluna biləcəyini bildirdi.

Xəstəlik adətən qısa müddətdə, yəni bir-iki gün ərzində simptomlarını göstərməyə başlayır. Xüsusən də dilin qızarması xəstəliyin ən fərqləndirici əlaməti kimi önə çıxır. Mütəxəssis Doktor Çun Tanq deyib: “Bu xəstəlik Böyük Britaniyada nadir idi, lakin son illərdə çox artıb. Bu, çox yoluxucu xəstəlikdir.

Skarlatina xəstəliyinin öskürək və yaxın təmasla, ümumi məkandan istifadə və geyimlə keçə biləcəyini qeyd edən həkimlər simptomlar müşahidə olunarsa, uşaqların məktəbə göndərilməməsini və karantinə yerləşdirilməsini tövsiyə edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Qisas” antiterror əməliyyatından iki il ötür

Ən çox oxunanalar