Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimova fermerlərdən şikayət

Fermerlər Salyanda baytar həkimlər tapa bilmirlər...

Salyan fermerləri prezident İlham Əliyevdən və kənd təsərrüfatı naziri İnam Kərimovdan köməklik göstərilməsini xahiş ediblər.

Buna səbəb rayon Baytarlıq Xidmətinin fəaliyyətsizliyi və heyvanlar arasında xəstəliklərin daha da geniş yayılmasıdır. Onların dediyinə görə, fermerlər Salyanda baytar həkimlər tapa bilmirlər.

“Baytarlıq xidməti rəisi Ramil Əmrahov nə ilə məşğuldur bilmirik. Keçən dəfə mətbuata etdiyimiz şikayəti istehza ilə qarşılayıb deyib ki, Azər Süleymanov kimi dayağım var, nə qədər istəyirlər şikayətlənsinlər. Halbuki Azər Süleymanov vəzifədən azad olunub.

Biz fermerlərin artıq Kənd Təsərrüfatı Nazirliyinə inamımız itib. Çünki əvvəlki nazir Heydər Əsədovun zamanından da vəziyyətimiz pis idi, təsərrüfatlarımız məhv olurdu, indi də…

Biz cənab İlham Əliyevdən xahiş edirik ki, Salyanda baytarlıq xidmətinin rəisi Ramil Əmrahovun niyə heyvanlarımıza vaxtlı vaxtında vaksinlərin vurulmasına göstəriş verməməsini araşdırsın. Əks halda Salyanda heyvandarlıq məhvə məhkumdur”.

Mövzu ilə bağlı Salyan Baytarlıq Xidməti ilə əlaqə yaratsaq da, sullarımızı cavabsız qoydular. Qarşı tərəfi də dinləyib mövqelərini dərc etməyə hazırıq. (AzEuroNews.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar