Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahanda zəhərlənməyə görə təqsirli bilinən Xalq artistinin qızına hökm oxunub

Səhlənkarlıqda təqsirləndirilən Tamilla Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

PİA.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Sadıqova 2 min manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, T.Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

T.Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən olub.

T. Sadıqova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar