Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin sonuna qədər Səudiyyə Ərəbistanı ilə İsrail arasında saziş imzalana bilər...

ABŞ ilin sonuna qədər Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq üçün fürsət görür...

ABŞ 2023-cü ilin sonunadək İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə nail olmağı mümkün hesab edir və bu istiqamətdə səylər göstərmək niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə Axios nəşri ABŞ admintrasiyasının adlarını açıqlamayan nümayəndələrinə istinadən məlumat yayıb.

“Problemlə tanış olan iki ABŞ rəsmisi Axios-a bildiriblər ki, seçki kampaniyası ABŞ prezidentinin gündəmində əsas yer tutmazdan əvvəl Ağ Ev yaxın 6-7 ay ərzində Səudiyyə Ərəbistanı ilə İsrail arasında sülh razılaşmasına nail olmaq üçün səy göstəəcək”, deyə nəşr yazır.

Qeyd edək ki, ötən həftə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Tərəflər İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması imkanlarını müzakirə ediblər.

“Mənbələrə görə, Sallivan şahzadəylə danışıqlardan Səudiyyə Ərəbistanı və İsrailin ilin sonuna qədər müqavilə bağlamaq imkanı olduğunu bildirib”, deyə Axios bildirib.

Öz növbəsində şahzadə bildirib ki, digər məsələlərlə yanaşı, Ər-Riyad və Vaşinqton arasında daha ciddi hərbi əməkdaşlığın təmin edilməsi üçün ABŞ-ın öhdəliklərini özündə əks etdirəcək böyük bir saziş üzərində dərhal işləmək lazımdır.

Daha sonra ABŞ administrasiyasının rəsmiləri Qüdsə gələrək Ciddədəki görüşün nəticələrini İsrailin baş naziri Binyamin Netanyahuya müzakirə ediblər.

ABŞ Milli Təhlükəsizlik Şurası bütün bu məsləhətləşmələri şərh etməkdən imtina edib.

Portal izah edir ki, ABŞ hakimiyyətinin fikrincə, Birləşmiş Ştatların vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İsrail arasında geniş miqyaslı sazişin bağlanmasında əsas çətinliklərdən biri Ər-Riyadın Vaşinqtondan krallıq və hökumət arasında hərbi əməkdaşlığı artırmaq üçün tələbləridir. Səudoyyə Ərəbistanının əsas məqsədi qabaqcıl Amerika texnologiyasına çıxış əldə etmək və ən yeni silah-sursat almaqdır. Bildirilir ki, Səudiyyə Ərəbistanının Yəməndəki münaqişədə iştirakı ilə əlaqədar Bayden administrasiyası fəaliyyətə başlayandan qısa müddət sonra Səudiyyə Ərəbistanına silah-sursat tədarükünü dayandırıb. sursatların tədarükü dayandırılıb.

Səudiyyə Ərəbistanı həmçinin uranın zənginləşdirilməsi də daxil olmaqla nüvə proqramını inkişaf etdirmək üçün ABŞ-dan dəstək istəyir. Krallığın bu planları isə İsraildə narahatlıq yaradıb, lakin İsrail rəsmiləri qeyd ediblər ki, tərəflər krallığın xahişləri ilə əlaqədar nüvə silahının yayılması riskini azaltmağın bir neçə yolunu müzakirə edirlər.

Bundan əlavə, Axios yazır ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında istənilən potensial razılaşma Fələstin məsələsinə dair razılaşmaları da əhatə edəcək. Belə ki, bir müddət əvvəl Ər-Riyadda qeyd olunmuşdu ki, İsraillə münasibətlərin normallaşdırılması yalnız İsraillə fələstinlilər arasında vəziyyətin nizamlanmasında irəliləyişlə mümkün olacaq.

Mənbələrin sözlərinə görə, əksər respublikaçılar Səudiyyə Ərəbistanı ilə İsrail arasında mümkün razılaşmanın tərəfdarıdırlar. Eyni zamanda, demokratlar bunu yalnız Demokrat Partiyasını təmsil edən prezidentin dövründə həll etməyə üstünlük verəcəklər.

“Müqavilə Yaxın Şərqdə sülh üçün tarixi bir irəliləyiş ola bilər. Həmçinin İsrailin digər ərəb ölkələri və ya islami əksəriyyətin olduğu ölkələrlə münasibətlərinin normallaşdırılmasında zəncirvari reaksiyaya səbəb ola, ən əsası isə ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərini düzgün istiqamətə qaytara bilər”, deyə Axios yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar