Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Rəisi İsraili hədələdi: "Ən kiçik bir səhvdə Tel-Əvivi və Hayfanı məhv edəcəyik"

İran Silahlı Qüvvələri 18 Aprel Milli Ordu Günü münasibətilə ölkənin müxtəlif şəhərlərində hərbi paradlar keçirib...

Paytaxt Tehranda keçirilən hərbi paradda İran prezidenti Seyid İbrahim Rəisi, Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri, müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani, İran Ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, general-mayor Hüseyn Selami və bir çox komandir qatılıb.

Poliqon İran mediasına istinadən xəbər verir ki, prezident İbrahim Rəisi İsrail və ABŞ-ı hədəf alan hərbi paradda çıxış edərək, İsraili məhv etməklə hədələyib.

"ABŞ ən qısa zamanda bölgəni tərk etməlidir. Çünki bölgənin təhlükəsizliyini təhdid edərək, bölgə xalqı üçün də təhlükəsiz mühit formalaşdırmayıb və heç bir zaman da formalaşdırmayacaq. Lakin İran Silahlı Qüvvələrinin mövcudluğu harada olursa-olsun təhlükəsizliyi və sabitliyi təmin edir", deyə Rəisi bildirib.

Regionda İrana qarşı heç bir hərbi əməliyyata icazə verməyəcəklərini və Fars körfəzinin İran Silahlı Qüvvələrinin nəzarəti altında hər zamankından daha təhlükəsiz və dinc olduğunu bildirən prezident ölkəsinin regionun heç bir ölkəsi üçün təhdid olmadığını deyib.

Çıxışında İsraili hədəf alan Rəisi "İsrail rejimi İrana qarşı atacaqları hər bir addıma necə cavab verəcəyimizi çox yaxşı öyrənib və lazımi mesajları alıb. Çünki ən kiçik bir səhvdə Tel-Əvivi və Hayfanı məhv edəcəyik", deyə bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Ən çox oxunanalar