Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hyundai” yeni hədəflərini açıqladı

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” və şirkətə aid “Kia Motors” bu il ümumilikdə 7,6 milyon nəqliyyat vasitəsi satmağı hədəfləyib

Korporasiya bu hədəfə son 4 ildə xüsusən ABŞ və Çin bazarında zəifləyən satışları dirçəltmək hesabına nail olmaq istəyir. Bu hədəf 2018-ci ildəki satışlardan təxminən 200 min çoxdur. Ötən il 4,6 milyon “Hyundai”, 2,8 milyon “Kia” avtomobili satılıb ki, bu da keçən il üçün müəyyən edilmiş ümumi hədəfdən (7,55 milyon) az olub.

“Hyundai Motor” bu il 13 tam yeni və ya yenilənmiş modeli, o cümlədən lüks “Genesis” və bir neçə yolsuzluq avtomobilini müştərilərə təqdim etməyi planlaşdırıb.

Şirkətin gələcək planlarında 2025-ci ilədək elektrik və hidrogen enerjisi ilə çalışan 44 hibrid modelin bazara çıxarılması da var. “Hyundai Group” təchizatçıları ilə birgə bu sahəyə 6,7 milyard ABŞ dolları sərmayə yatırmağı düşünür.

Yeni layihələrdən biri isə 2021-ci ilədək Cənubi Koreyada sürücüsüz robot-taksilərin istifadəyə verilməsi ilə bağlıdır.

Qeyd edək ki, dünyada avtomobil istehsalına görə beşinci şirkət olan “Hyundai Motor” 2000-ci ilin sentyabrında yaradılıb. Şirkətin 10 ölkədə (Cənubi Koreya, ABŞ, Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, Türkiyə, Çexiya, Slovakiya) 35 zavodu fəaliyyət göstərir. İllik qlobal dövriyyəsi 222 milyard dollara, xalis gəliri isə 12 milyard dollara yaxındır. (azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar