Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hizbullah” oktyabrın 7-dən sonra İsrailə qarşı ən böyük hücumunu həyata keçirib

Livan qrupu İsrailə doğru ən azı 100 raket və 30 pilotsuz uçan aparat göndərib...

Radikal “Hizbullah” şiə qrupu bir koordinasiyalı zərbə ilə İsrail ərazisinə ən azı 30 pilotsuz uçan aparat atıb.

Poliqon xəbər verir ki, koordinasiyalı zərbə ilə bağlı məlumatı Reuters agentliyinə Livan təhlükəsizlik güclərindəki mənbə verib. Bu, 7 oktyabr 2023-cü ildə Qəzza zolağında münaqişə başlayandan bəri Livanlı islamçıların İsrail ərazisinə ən böyük hücumu olub.

“Hizbullah” bildirir ki, hücum pilotsuz təyyarələri İsrailin Şimal Komandanlığının qərargahını, kəşfiyyat qərargahını və kazarmalarını hədəf alıb.

Pilotsuz təyyarələrdən başqa, radikalların məlumatlarına görə, eyni vaxtda İsrailə 100 raket də atıblar. “Hizbullah” raketlərin İsrailin hərbi obyektlərini vurduğunu bildirib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Livan sərhədindən İsrailə cəmi 40 raket və 7 pilotsuz təyyarə keçib. Hücum Colan təpələri və İsrailin şimalında ən azı 15 yanğına səbəb olub. Qəlpələrdən iki mülki şəxs və iki İsrail əsgəri də yaralanıb.

İsrail və “Hizbullah” Qəzza zolağında döyüşlər başlayandan bəri sərhədyanı atışmalarla məşğuldurlar. May ayında israilli nazir qruplaşmanı tamamilə məhv etmək üçün İsrail ordusunu Livana göndərməyi təklif etmişdi. İyun ayında Qərb mediası öz mənbələrinə istinadən İsrail-Livan sərhədində gərginliyin artdığını qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb - Yenilənib, Video

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - Yenilənib

İlham Əliyev və Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar