Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik Avropaya yayılır

Böyük Britaniyada uşaqlar arasında koronavirusla əlaqəli yayılan xəstəlik başqa ölkələrdə də müşahidə edilib...

Sondakika.com xəbər verir ki, ürəyə təsir edən iltihablaşma halları Fransa, ABŞ, İspaniya, İtaliya və İsveçrədə də yayılıb.

COVID-19-un yeniyetmə və uşaqlara təsir etmədiyinə dair səhv iddialardan sonra koronavirusla əlaqəli ola bilən və reanimasiyaya ehtiyacı olan yeni bir xəstəliklə bağlı həyəcan təbili çalınır.

Bu mövzuda ilk olaraq Böyük Britaniya Milli Sağlamlıq Sistemi (NHS) həkimlərə “Uşaqlar arasında COVID-19-la əlaqəli iltihablı sindrom və ya hələ nə olduğu təsbit edilə bilməyən yeni yoluxucu patoloji vəziyyətin aşkar edilməsi narahatlıq yaradır” xəbərdarlığı göndərib.

Fransanın Səhiyyə naziri Olivye Veran bu günə qədər ölkədə ürəyi ətrafında iltihab yığılan uşaqların sayının 15-ə çatdığını açıqlayıb.

O, hər yaş qrupundan olan 15 uşaqda qızdırma, həzm şikayətləri, damarlarda, bəzən də ürəyi qidalandıran damarlarda olan və ürəyin fəaliyyətinə maneə yaradan iltihablara görə ölüm hallarının baş vermədiyini deyib.

Veran bu halların koronavirusla əlaqəsini təsdiqləyən kifayət qədər dəlil olmadığını bildirib.

Britaniyada olduğu kimi, Fransada da iltihablı uşaqların bəzilərinin koronavirus testi müsbət, bəzilərinin isə mənfi olduğu qeyd edilir.

Veran Fransa və digər ölkələrin həkim və elm adamlarını diqqətli olmağa və mümkün qədər çox məlumat toplamağa çağırıb.

ABŞ-da altı aydan səkkiz yaşa qədər üç uşağın bu xəstəlikdən müalicə aldığı deyilir.

Xəstəliyi iri damarlarda və kapilyarlarda iltihaba səbəb olan Kavasaki xəstəliyi ilə müqayisə edirlər.

İlk dəfə 1967-ci ildə yapon pediatrı Tomisaku Kavasaki tərəfindən aşkar edilən xəstəlik əksər hallarda müalicədən bir neçə gün sonra ciddi problem olmadan sağalır, uşaqlara qalıcı zərər vermir. Bu xəstəliyə adətən təkrar yoluxma müşahidə edilmir.(oxu.az)

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar