Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həştərxan vilayətinin nümayəndə heyəti Abşeron rayonunda səfərdə olub

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 dekabr tarixlərdə Azərbaycan Respublikasında rəsmi səfərdə olublar...

PİA.az xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Abşeron rayonunda da olmuş, Abşeron Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülüb. Daha sonra iştirakçılar Bakı şəhərindəki İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Qardaşlıq məzarlığlı” əbədi xatirə kompleksini ziyarət etmiş və xatirələrini ehtiramla yad ediblər.

RİH-nin binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyev qonaqları Xırdalan şəhərində növbəti dəfə salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında sıx əməkdaşlığın olduğunu bildirib. Abdin Fərzəliyev Abşeron rayonu haqqında ətraflı məlumat verib, rayonun kənd təsərrüfatı, iqtisadi və sənaye, o cümlədən turizm potensialından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bütün respublikada olduğu kimi Abşeron rayonunda da sənaye və kənd təsərrüfatının dinamik inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, yaşıl enerjiyə xüsusi diqqət yetirildiyi qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirən Abdin Fərzəliyev Həştərxan şəhərində də Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, Ümummilli liderin əziz xatirəsinə göstərilən ehtiram və diqqətə görə minnətdarlığını bildirib.

Yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qubernator İqor Babuşkin Abşeron rayonu ilə Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış, iqtisadi əlaqələrin ildən ilə artdığını, onun daha da inkişaf etdirilməsi istiqamətində yeni imkanların mövcudluğunu vurğulayıb. İqor Babuşkin həmçinin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abidəsinin ziyarət ediləcəyi, o cümlədən Ümummilli lider Heydər Əliyev adına orta məktəbdə və Azərbaycan İş Mərkəzində anım tədbirlərinin keçiriləcəyini bildirib.

Sonra Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Evində Həştərxan vilatyətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert verilib.

Bundan əlavə Həştərxan İş Mərkəzində Həştərxan vilayətində və Abşeron rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq subyektlərinin iştirakı ilə “Həştərxan vilayəti-Abşeron rayonu: yeni əməkdaşlıq imkanları” mövzusunda aqrosənaye konfransı keçirilib.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar