Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.
PİA.az-ın xəbərinə görə, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.
Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.
Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.
pia.az