Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs edilmiş polis zabiti hakimləri söydü - Cəzası artırıldı

Bir neçə gün əvvəl Şəki rayon Məhkəməsində Ucar rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru işləmiş, rüşvət və sənədlərin saxtalaşdırılmasına görə barəsində cinayət işi açılaraq məhkum edilmiş 1985-ci il təvəllüdlü Şahin Əhmədovun həbs müddəti artırılıb.

PİA.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə hökm elan edildikdən sonra hakimləri söyərək təhqir edən Ş.Əhmədov barəsində Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə açılmış işə baxılıb. Şəki rayon Məhkəməsinin hökmü ilə keçmiş polis zabitinin cəzası 4 ay artırılıb.

Qeyd edək ki, Zərdab rayon sakini olan Şahin Əhmədov baş inspektor işləyərkən bir qrup polis əməkdaşı və İran vətəndaşı ilə əlbir olaraq xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində təqsirli bilinib. Məlum olub ki, həmin vaxt o, külli miqdarda rüşvət müqabilində Dövlət Miqrasiya Xidmətindən müvafiq arayışları olmayan, üzünü belə görmədiyi bir neçə İran vətəndaşını Ucarın müxtəlif kəndlərinə qeydiyyata almaqla onlara Azərbaycan Respublikasının  saxta şəxsiyyət vəsiqəsini verib.

2019-cu ildə bu əməllər üzə çıxdıqdan sonra Ş.Əhmədovla əlbir olan dəstə üzvləri həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Şəki Apelyasiya Məhkəməsi cəzanı daha da ağırlaşdıraraq həbs müddətini 9 il 6 aya çatdırıb. Bundan sonra məhkum hakim G.Abbasovun sədrlik etdiyi kollegiyanın ünvanına ağır ifadələr işlədib və bu görüntülər məhkəmə kamerası tərəfindən qeydə alınıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay