Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs edilən seperatçı “liderləri”nin mühakimə olunması üçün beynəlxalq tribunal təşkil edilə bilərmi?

Bu hərbi canilərin əli on minlərlə insanın qanına bulaşıb və yüz minlərlə insanların evlərindən didərgin olmasına səbəb olublar...

Hüquqşünas: “Qarabağdakı separatizmin liderlərinin həbsi AzərbaycanErmənistan arasında olan məsələdir. Buna görə də bu məsələnin beynəlxalq səviyyəyə çıxmaq ehtimalı yoxdur”.

Azərbaycan Roma statusunu ratifikasiya etmədiyi üçün Qarabağdakı separatizmin “liderləri”nin həbsi və cəzası məsələsi beynəlxalq səviyyəyə çıxa bilməz”.

Bu sözləri hüquqşünas Ellada Bayramova Azərbaycanın Qarabağdakı separatizmin liderlərini birlikdə mühakimə olunması üçün beynəlxalq tribunal təşkil edib-etməməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatizmin “liderləri” həbs olunub və Bakıya gətiriliblər. Bilirik ki, bu hərbi canilərin əli on minlərlə insanın qanına bulaşıb və yüz minlərlə insanların evlərindən didərgin olmasına səbəb olub.

Bəs Azərbaycan bu hərbi cinayətkarların birlikdə mühakimə olunması üçün beynəlxalq tribunal təşkil edə bilərmi və bunun hansı hüquqi yolları var?

Mövzunu Poliqon-un əməkdaşı hüquqşünas Ellada Bayramova ilə müzakirə edib.

Ellada Bayramova: “Qarabağda tutularaq Bakıya gətirilən bütün seperatçıların və onların “liderləri”nin məhkəməsi Azərbaycanda olacaq”.

Azərbaycanın özünün həmin hərbi cinayətkarlara layiqli cəzasını verməli olduğunu nəzərə çatdıran hüquqşünas bildirib ki, belə də, olacaq:

“Qarabağdakı separatizmin “liderləri”nin həbsi AzərbaycanErmənistan arasında olan məsələdir. Buna görə də bu məsələnin beynəlxalq səviyyəyə çıxmaq ehtimalı yoxdur. Azərbaycanın özü həmin hərbi cinayətkarlara layiqli cəzasını verməlidir və belə də, olacaq.

Eyni zamanda Azərbaycan Roma statusunu ratifikasiya etmədiyi üçün Qarabağdakı separatizmin “liderləri”nin həbsi və cəzası məsələsi beynəlxalq səviyyə çıxa bilməz. Qarabağda tutularaq Bakıya gətirilən bütün seperatçıların və onların “liderləri”nin məhkəməsi Azərbaycanda olacaq. Onlar Azərbaycan qanunlarına uyğun cəza alacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar