Çərşənbə, 12 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamiləlik zamanı qidalanma

Həkim-ginekoloqdan məsləhətlər...

Körpənin sağlamlığının təməli ana bətnində qoyulur. Buna isə yalnız hamilə qadının sağlam qidalanması təminat verə bilər. Hamiləliyin ilk dövrlərindən etibarlı qida rasionuna xüsusi diqqət yetirilməlidir. Qidanın azlığı və keyfiyyətsizliyi müxtəlif problemlərə səbəb ola bilər. Qida qəbulu normadan az olarsa, anemik vəziyyət, dölün inkişafdan qalması, vaxtından əvvəl doğuş və hamiləliyin digər patoloji vəziyyətləri qaçılmazdır.

PİA.az bildirir ki, həkim-ginekoloq Kəmalə Əliyeva AZƏRTAC-a deyib: "Hamiləlik vaxtı normal çəki artımı körpənin beş aylığına qədər 4,5-5, hamiləliyin sonuna qədər 12-13,5 kiloqrama qədər olmalıdır. Qadın normadan artıq qida qəbul edərsə və bunun xüsusən də hamiləliyin ikinci yarısında baş verməsi preklamasiya, hamiləliyin hipertenziyası, esteteon diabet kimi ağılrlaşmaların yaranmasına səbəb ola bilər. Həmin dövrdə çəki artımının normadan artıq olması gizli ödemlərin yaranması şübhəsi yaradır".

Onun dediyinə görə, hamilələrin rasionunda meyvə və tərəvəzlər üstünlük təşkil etməlidir: "Qida piramidası anlayışı mövcuddur, hansı ki, onun əsas hissəsi gec həzm olunan karbohidrat, zülal və az miqdarda yağlardır. Eyni zamanda tərkibində minerallar, vitaminlər və mikroelementlər olan qidaların qəbuluna da xüsusi diqqət yetirilməlidir".

İlk növbədə hamilə qadınlar qida rasionundan spirtli və energetik, qazlı və tonuslandırıcı içkiləri çıxarmalıdırlar. Konservləşdirilmiş və hisə verilmiş qidalar, o cümlədən fastfudlar qəbul edilməməli, şirniyyatlardan az istifadə olunmalıdır. Şoraba, konfet və yağlı qidalar rasiona daxil edilməməlidir".

Hamiləliyin birinci yarısında 4, ikinci yarısında 5-6 dəfə qida qəbul edilməlidir. Eyni zamanda hamiləliyin ilk aylarında 2-2,5 litr, 20-22-ci həftədən sonra isə 1,5 litrə qədər maye qəbul edilməsi məsləhət görülür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göygöldəki qətlin bəzi təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Ordusunun itkin düşən, bu gün nəşi tapılan hərbçisi dəfn olunub - Foto

Sosioloq: Bunlar nə hökumətin, nə də parlamentin heç vecinə də deyil...

Fidan Putinlə görüşdə Türkiyə-Rusiya münasibətlərinin müstəsna yaxşı səviyyədə olduğunu bildirib - Yenilənib

Paşinyan Qarabağ ermənilərinin idarə olunmasında problemlərlə üzləşib?

Azərbaycanın XİN başçısı ukraynalı həmkarı ilə humanitar yardımı müzakirə edib - Yenilənib

Svetoforun qırmızı işığında keçən sürücülərin cəriməsi artırılır

Bakıdan yola salınan növbəti köç karvanı Şuşaya çatıb - Yenilənib

Deputat: "Müharibə veteranlarının təqaüdünü artırmaq üçün böyük vəsait lazım deyil"

Qalstanyanın küçə terroru Ermənistan hakimiyyətinin zəifliyidir, yoxsa Paşinyan başqa məqsəd güdür?..

Ən çox oxunanalar