Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsinin rəhbərliyi anadan olduqları yeri belə gizlətdilər - Fotofakt

Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərdən (sədr və sədr müavinləri) 4-ü Naxçıvan Müxtar Respublikasında doğulsalar da, qurumun rəsmi saytında yer alan məlumatlarda onların doğum yeri göstərilməyib.

PİA.az xəbər verir ki, əvvəllər Komitənin rəhbərliyində yer alan şəxslərin hər birinin saytda yerləşdirilən tərcümeyi-hallarında doğum yeri qeyd olunub.

Qeyd edək ki, daha əvvəl yeniavaz.com Dövlət Gömrük Komitəsinin rəhbərliyində yer alan şəxslərin təxminən yarısının Naxçıvan Müxtar Respublikasında anadan olduğu barədə məlumat verib (bu Linkdən baxa bilərsiniz). Həmin yazıda göstərilib ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir.
Əvvəllər qeyd olunsa da, hazırda Naxçıvan Müxtar Respublikasında anadan olan sədr və onun 3 müavininin rəsmi saytda yer alan tərcümeyi-halından doğum yerləri silinib.
Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan 6 nəfərin (sədr və sədr müavinləri) doğum yerini təqdim edirik:

1.Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub

2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.

3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5. Qasımov Cavad Mustafa oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor - 1967-ci il mayın 31-də Bakı şəhərində anadan olub.
6. Babayev İqbal Alıcan oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor - 1964-cü ildə Yardımlı rayonunda anadan olub.(Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay