Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gec-tez İlham Əliyev bundan xəbər tutacaq” – Vəkildən çağırış

"Pentensiar Xidmətinin əməkdaşlarının uydurma şəri ilə həmikarımız Fariz Namazlını vəkillikdən uzaqlaşdırmağa cəhd edirlər"

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu sözləri tanınmış vəkil Adəm Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb. O, bildirib ki, son zamanlar hüquq mühafizə orqanlarının rəhbərliyi vəkilə təzyiq etmək üçün Vəkillər Kollegiyasına müraciət edir, vəkillərin səlahiyyətinə xitam verilməsi praktikasından "cuşa" gəliblər: "Gec-tez ölkə rəhbəri vəkillərə qarşı edilən haqsızlıqdan xəbər tutacaq. Buna əmin olun!".

Daha sonra gedən müzakirələrdə Adəm Məmmədov qeyd eidb ki, "bəzi insanlar özlərini yaxşı oğlan kimi göstərmək üçün hamam suyu ilə özlərinə dost tutaraq vəkillərin taleyi ilə "məzələnirlər"".

Müzakirələr zamanı hüququ pozulan vəkillərin haqlarının müdafiəsi naminə yeni ictimai birliyin yaradılması da gündəmə gəlib.

Ümumiyyətlə, müzakirələrdə iştirak edən çoxsaylı vəkillər Adəm Məmmədova dəstəyini ifadə ediblər.

Vəkil Rafiq Alışoğlunun da şərhi çox maraqlı olub. O qeyd edib ki, Penitensiar Xidmətin bir neçə şikayəti əsasında bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub: "Bu da silsilə müraciətlərdəndir. Ümid edirəm, şikayət əsassız hesab ediləcək".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb

Ən çox oxunanalar