Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Rusiya nömrəli avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməyəcək

Fransa Rusiya nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməklə bir sıra digər Avropa ölkələrini izləmək niyyətində deyil...

Poliqon xəbər verir ki, bu barədə Fransanın Rusiyadakı səfirliyindən bildirilib...

Diplomatik nümayəndəlik qeyd edib ki, belə bir variant hətta nəzərdən keçirilmir:

“Hazırda Avropa İttifaqının 833/2014 saylı Direktivinə XXI Əlavədə göstərilən qaydalara Fransadan heç bir dəyişiklik yoxdur. Finlandiya və Polşa kimi bəzi ölkələr öz qaydalarını dəyişib. Lakin biz onları dəyişdirməyi planlaşdırmırıq".

Ötən həftə Rusiyadakı İtaliya Sahibkarlar Assosiasiyasının (GIM Unimpresa) prezidenti Vittorio Torrembini bildirib ki, İtaliya hakimiyyəti də Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etmək niyyətində deyil. Onun sözlərinə görə, İtaliyaya gələn rusların şəxsi əşyalarının müsadirə edilməsi və ələ keçirilməsi də nəzərdə tutulmur.

Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa artıq Finlandiya, Estoniya, Litva, Latviya və Polşa tərəfindən rəsmən tətbiq edilib. Almaniya ölkəyə gələn rusların sanksiya olunmuş əmlakının müsadirə olunacağını istisna etməyib. Ölkələr, Rusiya mallarının, o cümlədən minik avtomobillərinin Aİ ölkələrinin ərazisinə satışına və idxalına qadağa qoyan Avropa Komissiyasının sentyabr ayında sanksiyalarla bağlı qanunvericiliyin dəqiqləşdirilməsini rəhbər tuturlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar